"Metodik İnkişaf Platforması" layihəsi uğurla həyata keçirilib
"Metodik İnkişaf Platforması" layihəsi uğurla həyata keçirilir.
AzTehsil.com xəbər verir ki, darənin müvafiq əmrinə əsasən layihənin AXRTİ-nin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrində tətbiqi nəzərdə tutulmuşdur. İlk mərhələdə ibtidai sinif müəllimlərini əhatə edən təlimlərdə müəllimlər peşəkar bacarıqlarını inkişaf etdirərək, öz sahələrində daha effektli iş üsulları barədə məlumat əldə etdilər. Təlimin məqsədi, iştirakçılara yeni metodik yanaşmalar, resurslar və təcrübələr barədə biliklər təqdim etməkdir.
Təlimlər onlayn və əyani formada olmaqla Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən xüsusi hazırlıq keçən peşəkar metodistlər tərəfindən həyata keçirilir. Təlimdə əldə olunan biliklər iştirakçılara öz fəaliyyət sahələrində yeniliklər tətbiq etməyə kömək edəcək.
Növbəti aylarda layihənin tətbiq dairəsi genişləndirilərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri cəlb edilməklə həyata keçiriləcəkdir.