Azərbaycanlı qız dünyanın 1 nömrəli universitetinə qəbul olub
AzTehsil.com xəbər verir ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.
N.Babayeva MIT-in “Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanıb.
Nəzrin Balayeva UNEC-ə 660 balla daxil olub və 99.03 ortalama ilə universiteti bitirib.
O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub.
O, UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.
Nəzrin "SOFAZ Stock Pitch Competition", "Azerbaijan Business Case Competition (ABCC)" və "Enactus World Cup" yarışmalarının qalibidir.
Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda Moonwake Investment şirkətində Biznes Analitik kimi çalışır.