Xəbərlər
18 mart 2019
117

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb


 

Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb.  


Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, təhsil müəssisələrinin prorektorları və tələbə-könüllüllər iştirak ediblər.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir” Tələbə-Könüllü Proqramının mühüm yerini qeyd edən Firudin Qurbanov diqqətə çatdırıb ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq, eləcə də dövlət əhəmiyyətlitədbirlərin təşkilində tələbə-könüllülərin danılmaz fəaliyyəti və əvəzsiz rolu vardır. Firudin Qurbanov bu proqramın ötənilki fəaliyyətini yüksək qiymətləndirib, ən çox könüllülük saatına sahib olan 14 tələbə-könüllünün uğurlu fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Texniki Kollecindən olan 2018-ci il üzrə ən fəal tələbə-könüllülər nazir müavini tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, 7 şəhər, 37 təhsil müəssisəsindən 20 000-dən çox tələbə-könüllünü birləşdirən proqram indiyədək "Formula 1” Azərbaycan Qran Prisi, IV İslam Həmrəyliyi Oyunları, Nəsimi Festivalı, Bakı marafonları, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, Bakı Şopinq Festivalı, Bakı Humanitar Forumu, "BMX Racing” növü üzrə dünya çempionatı, ümumilikdə 6 istiqamət üzrə 400-dən çox olan tədbirdə uğurla fəaliyyət göstərib. Tələbə-könüllülərin qeyd olunan tədbirlər zamanı könüllülük fəaliyyəti ümumilikdə 144 148 saat təşkil edib.


 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib