Xəbərlər, MÜƏLLİM
13 iyun 2018
4350

Müəllimlər işdən çıxarılacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Müəllimlər işdən çıxarılacaq

 

 
Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

AzTehsil.com AzEdu.az-a istinadən xəbər  verir,   Milli Məclis tərəfindən yeni qəbul edilmiş "Əmək Məcəlləsi”nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna edilən yeni dəyişikliklərə əsasən, sertifikasiyadan "Təhsil haqqında” qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası sayılır.

Bu bənddə "səlahiyyətli orqan” dedikdə təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir.

Qeyd edək ki, Əmək Məcəlləsinə və "Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikasiyaya cəlb ediləcəklər. Təhsilverənlər 5 ildə 1 dəfə sertifikasiyaya cəlb ediləcəklər. Hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiya olunmayacaqlar.
"Təhsil haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Qaydalarda bütün prosedurlar öz əksini tapacaq.

Xatırladaq ki, Əmək Məcəlləsinə və "Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib.
 

 Müəllimlər işdən çıxarılacaq

 








Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlərin sertifikasiyası üçün xüsusi qaydalar hazırlanacaq” - NAZİR

“Müəllimlərin sertifikasiyası üçün xüsusi qaydalar hazırlanacaq” - NAZİR

Attestasiya yoxsa  sertifikasiya ?

Attestasiya yoxsa sertifikasiya ?

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Təhsil naziri müəllimlərin sertifikasiyasından - DANIŞDI

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

Sertifikasiyadan azad olunacaq müəllimlər kimlər olacaq ?

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Bu şəxsləri işdən çıxarmaq olmaz - QANUN

Bu şəxsləri işdən çıxarmaq olmaz - QANUN

Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri