Xəbərlər, Ekspert
18 dekabr 2017
526

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda fəaliyyət göstərən dövlət universitetlərinə rektor prezident tərəfindən təyin olunur. Özəl universitetlərdə isə bu fərqlidir. Özəl universitetlərin təsisçilərini həm də rektor vəzifəsində görürük.


Maraqlıdır, dövlət universitetlərində rektorlar seçki yolu ilə seçilərsə, nə baş verərə, bunun təhsilə hansı təsiri ola bilər? 


Aztəhsil.com xəbər verir ki, modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.


Təhsil eksperti Şahlar Əsgərov deyir ki, əvvəllər bu cür metodlar tətbiq olunub.


"Bu məsələ barədə mən də fikirlərimi bildirmişəm. Burada 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuludur. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir”. 


Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bunun üçün zamana ehtiyacın olduğunu bildirib.


"Dövlət Universitetində rektorları prezident təyin edir. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Bunun üçün universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Azərbaycanda isə bu sahədə çox işlər görülməlidir”


Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektorların seçki üsulu ilə təyin olunma məsələsinə özünəməxsus cavab verib.


"Düşünmürəm ki, bu, çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər. Dünyanın  bir çox ölkələrində belə, rektorlar seçilmir. Rektorların seçilməsi təcrübəsi kollektiv tərəfindən dünyada yayılmış hal deyil. Adətən rektoru sistemin başında duran insanlar təyin edir. Məsələn, özəl universitetin idarə heyəti var. Ona qəyyumlar şurası deyilir. Hansı ki, Xəzər Universitetində Qəyyumlar Şurasının sədriyəm. Bir müddət  Xəzər Universitetinin rektoru olmuşam. Qərara gəldim ki, universitetin iri strateji  işləri ilə mən məşğul olum. Ona görə də rektoru Amerikadan gətirdim ki, işi daha yaxşı aparsın. Bir müddət əvvəl Azərbaycanda da seçki sistemi ilə rektor seçimi aparılıb. Məsələn, Bakı Dövlət Universitetində belə seçim aparılmışdı. Böyük qırğınlar olmuşdu. Bu cür yolu doğru hesab etmirəm. Ona görə də dövlət universitetlərinə rektoru prezident təyin etsə, daha yaxşıdır. Hər halda, prezident rektoru təyin edəndə birbaşa olmur. Namizədlər müəyyən olunur, araşdırılır və son qərarı prezident imzalayır. 


Özəl universitetlərdə isə fərqlidir. Çünki özəl universitetləri yaradanlar rektor olur. Amma həmin yaradıcı rektor bir gün işindən gedəndən sonra onu əvəz edəcək adam olmalıdır. Bunun üçün də sistem qurulmalıdır. Bu zaman gedən adamın oğlunun, qızının gəlib rektor olması yaxşı ənənə deyil. Universitetin səlahiyyəti nəsildən-nəsilə verilə bilər, amma gündəlik işləri aparan yaxşı mütəxəssis mütləq olmalıdır”.










Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Dillər Universitetində rektor əvəzlənir

Dillər Universitetində rektor əvəzlənir

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Rektor:  “Elmi məktəblərin sayı artırılmalıdır”

Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Tələbə rektorla mübahisə etdi - ADU-da narazılıq + Video

Azərbaycanda ali məktəbə yeni rektor təyin edilib

Azərbaycanda ali məktəbə yeni rektor təyin edilib

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı