AzTehsil.com
RU


Xəbərlər
09 iyun 2017
6 396


Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar



Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

 

Azərbaycanın təhsil sistemində  çatışmazlıqların olduğu hamıya bəllidir. Hər il Təhsil Nazirliyi ümumtəhsil məktəblərində  islahatlar keçirir.

Ali məktəblər isə sanki yeniliklərdən kənarda qalır. Son illərdə manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşmədi. Özəl universitetlər maliyyə problemi ilə üzləşdi. Təhsil haqlarının yüksək olması universitetləri tələbəsiz qoydu. Nəticədə özəl universitetlərdən bəziləri bağlandı.

Dövlət universitetlərini dövlət maliyyələşdirsə də,  problemlər bitmədi. Hazırda, bəzi universitetlərin birləşdirilməsi sahəsində müəyyən işlər görülür. Bir neçə universitetə rektorların təyin edilməməsi problemlərin ciddi olduğundan xəbər verir. Turizm Universiteti, Lənkəran Dövlət Universiteti,  Azərbaycan Texniki Universiteti  hələ də rektorsuzdur. Son günlərdə Azərbaycan Dillər Universitetində tələbələrin tədris sisteminə etiraz etməsi, imtahanlarla bağlı səsləndirdikləri fikirlər tək burada yox,  digər universitetlərdə də  vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir.

Ümumtəhsil orta məktəblərdə keçirilən islahatların universitetlərə sıçramasının vaxtı çoxdan çatıb. Azərbaycan Dillər Universitetinin rektor vəzifəsinə  Bakı Slavyan Universitetinin keçmiş rektorunun təyin edilməsi bu iki universitetin birləşmək ehtimalını bir daha gündəmə gətirdi.  Kamal Abdulla həm Slavyan Universitetinin kollektivini yaxşı tanıyır, həm də qısa zamanda Azərbaycanın digər ali təhsil məktəblərində olmayan islahatlar keçirməyi ilə tələbələrin hörmətini qazanır. Dillər Universitetində keçirilən islahatlar demək olar ki, ali məktəbdə inqilab deməkdir.   İslahatlara görə, imtahan qabağı onsuz da gərginlik keçirən  tələbənin başının üstünü kəsdirən nəzarətçilərin otaqlarda gəzişməsi qadağandır. Nəzarətçilər imtahan zalında tələbələrin diqqətlərinin yayınmasına,  əsəblərinin korlanmasına, bildiklərinin də həyəcandan, stresdən yaddan çıxartmasına kömək etməkdən başqa bir şeyə yaramırlar.  Dünyada təhsil sistemində inqilablar baş verir. Bizdə isə hələ də hər tələbənin başının üstünü az qala bir nəzarətçi kəsdirir. Üstəlik də sanki silahlanaraq düşmən üzərinə gəlirlərmiş kimi görüntü yaradırlar.

Digər islahatlardan biri də 4-cü kursda oxuyan oğlan tələbələrin kəsrlərində yaranan problemlərlə bağlıdır. Oğlanlar məcburi şəkildə 4-cü kursu bitirdikdən sonra hərbi xidmətə  gedirlər. Onların kəsrlərində yaranan problemlər həll edilmədikdə təhsilləri yarımçıq qalır və hərbi xidmətdən gəldikdən sonra təhsillərini davam etdirmək istəmirlər.

Tələbələrin ən böyük problemlərindən biri də imtahan və təhsil haqqı ilə bağlıdır. Kamal Abdullanın apardığı islahata görə,  tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdirilir.  Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yarananda isə tələbə rektora ərizə ilə müraciət etməlidir.

Azərbaycan ali təhsil məktəblərində inqilab Dillər Universitetindən başladı.  Ümid edək ki, bu yenilik digər universitetlərin də qapısını döyəcək.
 
a24.az



Загрузка...
Həmçinin oxuyun:
Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

İmtahanda güzəşt edildi - Bəs, bu səhvi bağışlamaq olar?

İmtahanda güzəşt edildi - Bəs, bu səhvi bağışlamaq olar?

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

GDU-nun müəllimləri Varşavada

GDU-nun müəllimləri Varşavada

"Etiraz edən ADU təbələrinin istəkləri nəzərə alınacaq"

"Etiraz edən ADU təbələrinin istəkləri nəzərə alınacaq"

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir