Xəbərlər, Digər Xəbərlər
30 avqust 2017
5869

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, "Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənib.
 
2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr keçiriləcək. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, şura iclaslarında və təhsil işçilərinin sentyabr konfranslarında 2017-2018-ci dərs ilinin "Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb rəhbərlərinə ətraflı məlumat versinlər, eyni məzmunlu məlumatların məktəb pedaqoji kollektivlərinə çatdırılmasını təmin etsinlər, nazirliyin Fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər, pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri tədbirlər görsünlər. Ümumi və məktəbəqədər təhsil şöbəsi, həmçinin Təhsilin inkişafı proqramları şöbəsi nazirliyin fəaliyyət planının yerlərdə yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlamalı, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yerli təhsili idarəetmə orqanlarına təşkilati-metodik köməklik göstərməli, planın yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə yerlərə ezamiyyələr təşkil etməli, dərs ili ərzində seçmə yolla təhsil şöbələrinin (idarələrinin) müdirlərinin nazirlikdə hesabatlarını dinləyib müvafiq təkliflər hazırlamalıdırlar.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Mikayıl Cabbarov yeni əmr imzaladı

Mikayıl Cabbarov yeni əmr imzaladı

Məktəb direktorları və müəllimlər üçün

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

MƏKTƏBƏHAZIRLIQ qruplarının TƏDRİS PLANI təsdiq edildi

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid  TƏDRİS PLANI

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə