Xəbərlər
03 may 2017
882

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

 

Aztehsil.com Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və  tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.
 
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir müavini bildirib ki, festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edib.
 

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

 

Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb.
 
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib.
 

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

 

Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər.
 

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

 

Festivalın keçirilməsində məqsəd tələbə və şagirdlərin milli vətənpərvərlik, mədəniyyət və incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır.
 
Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirib. Bu il keçirilən festivalda ötən illərdən fərqli olaraq,  orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri də qatılıb. Yekun konsertdə 250-yə yaxın şagird və tələbə iştirak edib.
 

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

 

Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görülüb.
 
Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.
 

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib










Whatsapp'ta Paylaş

Загрузка...
loading...