Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

 

Göygöl rayon Balçılı kənd C.Nazarov adına1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Tural Cəfərov artıq 4 ildir ki, kinqboksinq idman növü ilə məşğul olur.  
 
Bugünədək müxtəlif nominasiyalı yarışlarda iştirak edən məktəbli 8-i qızıl olmaqla 20 medal əldə edib.  Fərqli idman yarışlarında müxtəlif sertifikat və fəxri fərmanlarla təltif olunan məktəbli gələcəkdə daha yüksək nəticələr əldə etmək istədiyini bildirdi.
 
"Hər zaman  fiziki tərbiyə fənni mənim üçün maraqlı olub. Məktəbdə fərqli idman növləri ilə məşğul olurduq. Əlbəttə ki, onların içərisində kinqboksinq yox idi, amma mən bu idman növünü üstün tutdum. Ailəmin və müəllimlərimin dəstəyi ilə mən idman məktəbinə yazıldım. Orada bu idman növünü daha da təkminləşdirmək üçün mənə imkan yaradıldı. Artıq inkişaf etdiyimi özümdə görürdüm.  Bir müddət sonra müxtəlif yarışlara getməyə başladım. Beləliklə özümü təkminləşdirərək fərqli vaxtlarda getdiyim yarışlarda 8 qızıl medal qazandım. Ən böyük istəyim bu idman sahəsində hamının tanıdığı, nümunə götürüləcək bir idmançı olmaqdır. Özümü təkminləşdirərək Azərbaycan bayrağını hər zaman yüksəklərdə dalğalandıracağıma və himnimizi səsləndirəcəyimə əminən.”
 
Raminə Məmmədova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Aztest.info







Reklam yeri:

loading...

xtehsil