"Şagirdlərə "iqtisadiyyatın əsasları"fənni məcburi tədris olunmalıdır"- İqtisadçıdan İRAD
İqtisadçının sözlərinə görə, bu bilikləri ilk növbədə orta məktəblər verməlidir:
"Yuxarı sinif şagirdlərinə "İqtisadiyyatın əsasları" dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha tez həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı olan, akademik Akif Musayevin təcrübəsindən yararlana bilər”.
Xatırladaq ki, Milli Məclisin 30 noyabrda keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Müzakirələrdən sonra Vergi Məcəlləsinə dəyişiklik II və III oxunuşda səsə qoyularaq, qəbul olunub. azedu.az