Xəbərlər
20 fevral 2018
2 475


Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”

 

Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada dünyasını dəyişən 2000-ci il təvəllüdlü Qardaşov Arif Vaqif oğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olub.

Modern.az saytı mərhum tələbənin qrup yoldaşları ilə həmsöhbət olub.
 
Asif Qardaşovun qrup yoldaşlarının verdiyi məlumata görə, o, Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Orta məktəbi orada bitirib. 348 balla Jurnalistika fakültəsinə daxil olub. Ötən il özündən kiçik qardaşı da avtomobil qəzası nəticəsində həyatını  dəyişib.  Ailənin  iki oğul övladı var idi.
 
"Onun ölüm xəbəri hər birimizi dərindən sarsıtdı”
 
Asif Qardaşovun qrup yoldaşı  Həbibə Xudakişiyeva deyir ki, o, ürəyi saf, uşaq qəlbli biri olub:

"Heç vaxt içində kin, nifrət saxlamazdı. Həmişə öz pozitivliyi ilə seçilib, sevilirdi. Qrupda birlik yaradır, hər kəsin yanında olardı. Dərslərdə öz səyini artıqlamasıyla görürdük. İmtahan ərəfələri daha da artıq çalışaraq imtahanlarını uğurla başa vurmuşdu.

Onun ölüm xəbəri hər birimizi dərindən sarsıtdı. Hətta inanmadıq və yalan xəbərin yayılmasını istəmədik. Daha sonra ailəsiylə telefon əlaqəsi qurub hadisənin gerçək olduğunu, artıq gənc jurnalistimizi itirdiyimizi öyrənəndə hər kəs təəccüb içində qaldı. İnana bilməzdik belə gənc və gümrah yaşında bizi tərk edər. Allah ailəsinə səbr versin. Məkanı cənnət olsun”.

"Ən son danışığımızda mənə demişdi ki....”
 
Digər qrup yoldaşı  Gülxanım Ağadadaşova Asiflə çox yaxın olduğunu deyib:
 
"Birgə çay içib, birgə yemək yeyərdik. Danışmaq olmur. Çox acıdır. Qrupumuzun gözü yaşlı qalıb. Auditoriyada qapı açılanda o gələcək deyə düşünürəm. Bu acıya necə dözüm bilmirəm...Ən son danışığımızda mənə demişdi ki, gələndə simit al, gedək çay içək. Simit aldım, orda oturub gözlədim, amma gəlmədi....”.

"Bugün Asifsiz keçən ilk günümüz idi”

Mərhumun tələbə yoldaşı  Ayşən Mirzəyeva qeyd edib ki, Asif haqqında deməyə çox söz var:

"Asifi hər xatırlayanda ürəyim əsir. Çox qısa müddətdir tanış idik. Bu 4 ay boyunca sözün əsl mənasında onun mənfi bir hərəkətini görmədim, münasibətim çox gözəl idi. Dərs danışmaqla o qədər arası yox idi, amma imtahanlar vaxtı 4 fənni kəsrsiz ötüşdürmüşdü. Hər zaman dərsdə öz şirin talış ləhçəsilə bizim üzümüzü güldürürdü.
 
Universitetdə yeri soldan 3-cü sıra idi, indi isə həmin yer boş qalıb. Bugün Asifsiz keçən ilk günümüz idi. Yazışdığımız hər mesajı oxuyanda əllərim əsir .
 
Hələ də qəbul edə bilmirəm ki, o həyatda yoxdur. Ömrünün ən gözəl çağlarını torpaq altında keçirtməyə Asif çox tələsdi.  Nə qədər çətin olsada bunu deməliyəm; Allah rəhmət etsin. Allah ailəsinə səbr versin...”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ

DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ

Direktorun ölüm səbəbi bilindi

Direktorun ölüm səbəbi bilindi

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Bakıda intihar edən gənc 7 dil bilirmiş - Dostu danışdı

Bakıda intihar edən gənc 7 dil bilirmiş - Dostu danışdı

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı?

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

İslamda şagird və tələbələr haqqında

İslamda şagird və tələbələr haqqında

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb