Xəbərlər / İKT / Texnologiya
31 yanvar 2018
3 132


“Instagram”da da artıq... -YAXIN ZAMANLARDA BU OLACAQ

Populyar "Instagram” şəkil əlavəsi daha çox "WhatsApp” və ya "Skype” kimi messencerlərə oxşamağa başlayacaq. 


Məlumata görə, yaxın zamanlarda "Instagram” videozəngləri dəstəkləyəcək. 


Peşəkar saytın məlumatına əsasən, istifadəçilər arasında mümkün videozənglər sınaqdan keçirilir. Əlavənin aktual versiyasının şifrəsində də "Instagram”da yeni funksiyaya işarə verilib. Gələcəkdə məlumatlar bloku açılsa və konkret istifadəçi seçilərsə, əlavənin yuxarı sağ tərəfində kamera işarəsi peyda olacaq.  


Əlavənin tərtibatını nəzərdən keçirən mütəxəssislər müəyyən ediblər ki, hazırda bu düymə aktiv deyil. Ancaq yaxın zamanlarda istifadəçilər video vasitəsilə bir-biri ilə danışa biləcəklər. Bu texnologiyanın nə zaman ictimailəşəcəyi hələlik məlum deyil. 

Məqalə Göndər








Загрузка...