DİM sədri: “İmtahanların yeni modeli yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq”
"Bu tədris ili üçün buraxılış imtahanları ilə əlaqədar qaydalar təsdiqlənib və bu il biz onları tətbiq edəcəyik".
Aztəhsil.com xəbər verir ki, bunu apa-nın Mil-Muğan bürosunun sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
"Buraxılış və qəbul imtahanlarının yeni modelini artıq ictimaiyyətə təqdim etmişik. Növbəti tədris ilinin qaydaları bu yaxınlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Bu istiqamətdə gənclərə, şagirdlərə hazırlaşmaq üçün nə lazımdırsa, bütün məlumatları açıqlamışıq. Ölkə üzrə müəllimlərə regional seminar və görüşlərin keçirilməsində məqsədimiz onları bu sahədə daha çox maarifləndirməkdir. Müəllimləri ona görə maarifləndiririk ki, ilk növbədə onlar hazırlıqlı olmalıdır və biliklərini şagirdlərə çatdırmalıdırlar", - deyə o vurğulayıb.