AzTehsil.com


Xəbərlər / İKT / Texnologiya
26 yanvar 2018
3 867


Dünyada “Facebook” və “Instagram” çökdü



"Facebook” və "Instagram” sosial şəbəkələrinin istifadəçiləri bu servislərin fəaliyyətində problemlərlə üzləşib.


Məlumata görə, sosial şəbəkələrin fəaliyyətində fasilələr Şimali Amerika şərq vaxtı (EST) ilə saat saat 13:13-dən başlayıb.


ABŞ, Meksika, Braziliya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Bolqarıstan, Hollandiya və İrlandiyadakı "Facebook” istifadəçiləri sosial şəbəkələrə daxil ola və şəkillərə baxa bilməyib.


İtaliya, İsveç, Türkiyə, Hollandiya, İspaniya, Polşa, Rusiya, Almaniya, ABŞ və Braziliyada "Instagram” istifadəçiləri xəbər lentinin yenilənməsi zamanı çətinliklərlə üzləşib və akauntlarına daxil ola bilməyib. 




Загрузка...