AzTehsil.com


Xəbərlər / Psixoloq
16 yanvar 2018
5 717


Antisosial şəxsiyyət, yoxsa asosial -ŞƏXSİYYƏT POZUNTULARI



Cəmiyyət həyatında fəal iştirak edən, fəaliyyət və ünsiyyətdə formalaşan, sosial keyfiyyətləri özündə əks etdirən sosial varlığa şəxsiyyət deyilir. İnsan bioloji varlıq, fərd, fərdiyyət mərhələlərini keçərək yetkinləşir və son nəticədə yetkin şəxsiyyət kimi formalaşır. Həmin şəxsiyyətin formalaşması prosesinə təsir edən faktorların roluna və onların xarakterinə görə bioloji, sosioloji, biososioloji nəzəriyyələr əmələ gəlmiş və onların hər biri şəxsiyyəti fərqli aspektdə xarakterizə etmişlər.


Yetkin şəxsiyyət dedikdə, əxlaqi- mənəvi dəyərlərə sahib olan, yaşadığı cəmiyyətin, sosial mühitin insanlıq və vətəndaşlıq hüquq və dəyərlərini tanıyan, ona əməl edən, etdiyi və edəcəyi hərəkətlərinə görə məsuliyyət daşıyan insan nəzərdə tutulur. Elmi ədəbiyyatlarda şüuru yerində olan hər cür mövqe və statusa malik insana şəxsiyyət kimi yanaşılır. Hazırda yetkin şəxsiyyətin psixopatiyası ilə maraqlı və rəngarəng faktlar mövcuddur. Patiya – pozuntu deməkdir ki, burada yetkin şəxsiyyət pozuntuları nəzərdə tutular. Bu pozuntuların təsnifatı ilə bağlı müxtəlif nəzəriyyələr mövcudddur. Ancaq ən optimal təsnifat Qannuşkinə məxsusdur.

 

Qannuşkin yetkin şəxsiyyət pozuntularının diaqnostikasında 3 amili fərqləndirirdi ki, buraya aiddir:


1. Xarakterlə bağlı total pozuntular


2. Həyat boyu onların az dəyişkən və davamlılığı


3. İctimai adaptasiyanın dəyişməsi


Yetkin şəxsiyyət pozuntularına daxildir:


1. Paranoid


2. Şizoid


3. İsterik şəxsiyyət pozuntusu


4. Emosional davamsız və affektiv tip şəxsiyyət pozuntusu


5. Anankastik tip şəxsiyyət pozuntusu


6. Borderline şəxsiyyət pozuntusu


7. Narsistik şəxsiyyət pozuntusu


8. Asılı şəxsiyyət pozuntusu və s.


Yetkin şəxsiyyət pozuntularından biri də antisosial şəxsiyyət pozuntusudur ki, onların xarakterik əlamətləri aşağıdakılardır:


1. Başqalarına qarşı istək və məhəbbət hissi yaratmaq qabiliyyətindən uzaq olurlar.


2. Gözlənilməz (qəfil) hərəkətlərə meyilli olmaq


3. Günahkarlıq hissinin olmaması


4. Etdiyi neqativ hərəkətlərə görə peşmançılıq hissi duymurlar


Onun simptomları 15 yaşdan əvvəl təzahür etməyə başlayır. Yaranmasına ailə tipləri, kəllə-beyin travmaları, travmatik yaşantılar səbəb olur. Onlar cəmiyyətə əks-mövqedə durur, qayda-qanunlara tabe olmurlar, iş yoldaşlarını, ailə üzvlərini alçaltmaqla sanki həzz alırlar. Başqaları onlara fayda verdiyi müddətədək lazımlıdılar, özlərini xəstə hesab etmir, dünyanı təhlükə və xəyal qırıqlığı ilə dolu bir yer kimi görürlər. Onlara əxlaqsız, mədəniyyətsiz kimi deyil, xəstə kimi yanaşmaq lazımdır.Antisosiallar başqalarını manipulyasiya edir, qaydalara ona görə əməl etmirlər ki, onları özləri üçün etibarsız sayırlar. Onların müstəqilliyi özünəinamdan deyil, başqalarına etibarsızlıq və inamsızlıqdan qaynaqlanır. Başqalarının nə yaşadığı, nə hiss etdiyi onlara maraqlı deyil, empatiya hissindən uzaq olurlar. Beləliklə, bu davranışla özlərini təhkükələrdən sığortalayırlar.


Asosial davrananlar cəmiyyətə, mühitə adaptasiya problemi yaşayırlar. Onlar adaptasiya olmağı istəyirlər, ancaq daxili və xarici maneələri dəf edib, buna nail olmaqda çətinlik çəkirlər.


Antisosial şəxsiyyət problemin səbəbini başqalarında görüb, onları ittiham edirsə, məsuliyyətdən boyun qaçırırsa, korreksiya müddəti uzanacaqdır. Onları alkoqol, narkotik və asılılıq yaradan maddələrdən uzaq tutulmaq lazımdır. Çünki, onlar antisosial davranışı inkişaf etdirir. Müalicədə birbaşa farmakoloji vasitə yuxdur ki, istifadə edilsin. Antisosial davranış vaxtında korreksiya edilməlidir.




Загрузка...
Həmçinin oxuyun:
Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

"iPhone"nin bu özəlliyi insanı ölümdən qurtaracaq- YENİLİK

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

Elektron imza pulsuz olacaq- Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Estetik tərbiyə

Estetik tərbiyə

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Valideyn-məktəb-müəllim üçlüyü - Düzgün peşə seçimində bu amilin rolu

Valideyn-məktəb-müəllim üçlüyü - Düzgün peşə seçimində bu amilin rolu

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili