Xəbərlər
21 noyabr 2017

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...

- Elmir, bir az özünü bizə tanıt, Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Elmir Əhmədov kimdir?

 

- Mən 2000-ci ildə Rusiya Federasiyasında anadan olmuşam. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2017-ci ildə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Təhsil aldığım müddətdə müxtəlif yarışmalar və olimpiadalarda uğurla iştirak etmişəm və 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplamışam.

 

- Uğurların boldur, bəs onlar arasında ən çox fəxr etdiyin hansıdır?

 

- Həyatda fəxr etdiyim ən böyük uğurum - 2017-ci il may ayının 7-də keçirilən qəbul imtahanında göstərdiyim nəticə -700 bal toplamağım və cənab  Prezidentimiz İlham Əliyev tərəfindən Prezident təqaüdçüsü fəxri adına layiq görülməyim olub. Həmin gün mənim həyatıma qızıl hərflərlə yazılmış bir tarixdir.

 

- Elmir, bu ilki nəticələrdən bəlli oldu ki 700 bal toplamış abituriyentlərin çoxu BANM-i seçib. Bəs sən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

 

- Düzünü deyim ki, mənim ali təhsilimi Türkiyə, Çin, Polşa kimi xarici ölkələrdə təhsil almaq şansım var idi, lakin düşündüm ki, öz ölkəmizdə yüksək təhsil, praktik təcrübə və karyera imkanları verə bilən Bakı Ali Neft Məktəbini seçmək daha məqsədə uyğun olardı. Biz tələbələr üçün lazım olan bütün imkanlar bu ali ocaqda toplanıb, elə ona görə də seçimim BANM oldu.

  

- BANM-i bitidikdən sonra özünü harada görürsən?

 

- Bildiyimiz kimi ölkəmizdə həm neft, həm də qeyri-neft sektoru inkişaf edir. Bu da biz gənclərə bu inkişafda öz yerimizi tutmaq, öz savad və bacarığımızı göstərməyə böyük imkanlar yaradır. Mən inanıram ki, gələcəkdə bir savadlı mühəndis kimi ölkəmizin aparıcı neft şirkətində xalqımıza  yararlı mütəxəssis olacam.

 

- Səni həyatda ən çox motivasiya edən nədir?

 

Məni həyatda motivasiya edən amil qarşıma qoyduğum məqsədlərim və onların nəticələrdir.

 

- Elmir, Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

 

- Bilirsiz, ixtisas seçimi insanın həyatında ən məsuliyyətli addımlardan biridir. Ona görə də hər bir seçim qarşısında olan abituriyentə məsləhətim budur ki, özlərini daha çox hansı sahədə görürlərsə o sahə üzrə ali təhsil ocağını seçsinlər. Məsələn, mən mühəndis olacağıma qərar verdiyim andan Bakı Ali Neft Məktəbini seçmişdim.











Загрузка...
loading...

Həmçinin oxuyun:
BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək