Beynəlxalq təhsil eksperti Bakıda seminar keçdi
Beynəlxalq Təhsil Həftəsinin qeyd edilməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyi Monterey Beynəlxalq Araşdırmalar Mərkəzinin Middlebury İnstitundan beynəlxalq təhsil üzrə ekspert Dr.David Vilkinin Azərbaycan Diplomatiya Akademiyasında seminarını təşkil edib.
Təhsil ekspertinin Azərbaycana səfərini ABŞ-ın Azərbaycandakı səfirliyi maliyyələşdirib. Jurnalistlərə açıqlama verən Dr.David Vilkin deyib ki, Azərbaycana gəlməkdə məqsədi mübadilə proqrqmlarına həm tələbələrin, həm də peşəkarların cəlb olunması üçün müxtəlif imkanları müzakirə etmək və münasibətlər qurmaqdır.
"Ümumiyyətlə, görüşlərlə bərabər həmçinin Bakıda təhsil sahəsində çalışan peşəkarlar üçün bir sıra təlimlər və seminarlar təşkil etmişik. Təlimlərin əsas mövzusu Azərbaycana səfər edən ABŞ tələbələrinə dəstək, onların burada təhsil alması imkanları, eyni zamanda beynəlxalq təhsil üzrə strategiyaların inkişaf etdirilməsi və beynəlxalq təhsil istiqamətində müxtəlif təlimlərin, proqramların təşkilidir".