Məktəb direktoru mənimsəmədə ittiham olunur
Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə mənimsəmə faktlarının aşkarlanıb.
AzTehsil.com oxu.az-a istinadla xəbər verir ki, liseydə baş verən mənimsəmə halları ilə bağlı maliyyə yoxlamaları başlanıb.
Araşdırmaların nəticəsi Quba Rayon Prokurorluğuna göndərilib. İddia edilir ki, Quba Rayon Prokurorluğunda liseyin direktoru Lalə Bədəlova barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən təsdiqlənib ki, 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: "Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".![]()











