AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
14 oktyabr 2025
1 227

Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...



AzTehsil.com xəbər verir ki, Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbin direktoru Afaq İskəndərzadənin təyinatından düz 1 il keçdi. O keçən tədris ilinin başlanmasından 10 gün sonra təyinat alsa da elə həmin il məktəbə MİQ ilə təyinat alan qadın coğrafiya müəllimi daxil olmqla digər müəllimlərlə əlaqəyə girib evdə təhsilə cəlb edilmiş, əslində edilməmiş şagirdin adına dərs saatları yazıb pulunu mənimsəməyi bacarıb. Belə ki o 6 saat dərs üçün təyinat alan coğrafiya müəllimin 7 saat əsas və 1 saat evdə təhsil saatı verib hər ay ondan 30 manatı nağd və karta köçürmə yolu ilə alıb. Tədris ilinin sonuna yaxın isə Lənkəran rayonu Ürgə kənd tam orta məkəbinin rəfiqəsi olan direktoru ilə əlaqəyə girərək orada yeni yaranmış vakansiya üzrə dərs deməmək şərti həmin coğrafiya müəllimini razılaşdıraraq adına yazılan pulu ondan bank kartı vasitəsi ilə alıb. Kart məlumatlarından göründüyü kimi mədaxil olunan 285 manat 73 qəpik pul bir gün sonra qəpiklər istisna olmaqla tam olaraq Afaq İskəndərzadənin adına göndərilib. Digər müəllimlərdən də hər ay evdə təhsilə görə aldığı pulun güya bir qismini xəstə uşağın valideyninə, qalanını isə “yuxarı”ya verdiyini söyləməkdən belə çəkinməyib.

Bu il həmin coğrafiya müəlliminə 10 saat, daha sonara 5 saat təbiət fənninin pulunu yarıya bölmək şərti ilə verib. Sonradan məktəbdə bir sinifin bağlandığına görə dərsi azaldığı üçün həmin müəllim təbiət fənninə görə pulu yarıya bölməkdən imtina etdiyi üçün direktor ondan 2 saat coğrafiya və 2 saat təbiət dərslərini geri alıb. Əslində isə tədris ilinin əvvəlində dərs bölgüsü zamanı bu 5 saat təbiət fənni fizika müəlliminə verilmişdi və onun dərsləri 24 saata çatdırılmışdı. Qaydalara görə isə təbiət fənnini müvafiq sertifikatı olmadığı üçün coğrafiya müəlliminə vermək olmazdı. Üstəlik kimya və biologiya müəllimlərinin də hərəsinin 12 saat dərsi var və onlara da bu dərsin verilməməsi özü qaydalara ziddir. Coğrafiya müəllimi təbiət dərsini keçən ay tədris etsə də hətta onun pulu maaş kartına da bu ay köçürülməyib.


Afaq İskəndərzadə gənc coğrafiya müəlliminin kolleqası olan digər müəllim barədə dedikləri qeyd etdiyimiz fikirlərini smartfonun diktafonu ilə yazaraq ona göndərib. Nəticədə həmin müəllimin əri bu qadın coğrafiya müəlliminin ailə üzvlərinə zəng edib və sonda hətta iş polisə şikayət ilə nəticələnib.


Məktəbdə direktor tərəfindən qısnamaya məruz qalan gənc coğrafiya müəllimi məcbur olub Lənkəran-Astara Regional Təhsil İdarəsinə və sonradan Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə şikayət edib. Lakin sonradan nə baş veribsə şikayətçi iddiasından geri çəkilib. Bu o deməkdir ki, hamı razılığa gəlibsə demək bizə yalnız çay içmək qalır.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

201 nömrəli tam orta məktəbin direktorunun - ÖZBAŞINALIĞI ..

201 nömrəli tam orta məktəbin direktorunun - ÖZBAŞINALIĞI ..

Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

Analoqu olmayan qanunsuzluq – Müəllimin yeri vakansiyaya çıxarıldı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

201 nömrəli məktəbin müəllimləri Afaq Əliyevaya qarşı BİRLƏŞİB

201 nömrəli məktəbin müəllimləri Afaq Əliyevaya qarşı BİRLƏŞİB

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Metodbirləşmələr

Metodbirləşmələr

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Elşən Qafarov :  Məktəblərdə şagirdlərin daxili intizam qaydaları  haqqında təlimat.

Elşən Qafarov : Məktəblərdə şagirdlərin daxili intizam qaydaları haqqında təlimat.

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?