AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Müəllim / Digər Elan / Bölgə
18 sentyabr 2025
1 111

Sertifikasiyada iştirak edən müəllim: Mənim üçün balın önəmi yoxdur



Sertifikasiyada iştirak edən müəllim: Mənim üçün balın önəmi yoxdur.

AzTehsil.com xəbər verir ki, Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.azedu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.


Müsahibə mərhələsində iştirak edənlərdən biri də Əsədova Məhluqə Salih qızıdır.


Müsahibimiz qeyd edib ki, daim üzərində işləməyi özünə borc bilir:


"1968‑ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşam. 1986‑cı ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və əlavə Biologiya fakültəsinə daxil oldum. 1991‑ci ildə həmin fakültəni bitirdim. 1991‑ci ildən etibarən, artıq 35 ildir ki, Neftçala rayonunun Xıllı qəsəbəsində Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbdə öz ixtisasım üzrə müəllim işləyirəm.


Bu illər ərzində daim yeniliyə açıq olmuşam. Çünki dünya ilə ayaqlaşan yeni nəsillər yetişdirməliyik. Ona görə də daim üzərimdə işləməyi özümə borc bilmişəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi bir neçə ixtisasartırma kurslarında iştirak etmiş, müxtəlif sertifikatlara layiq görülmüşəm".


Qalan ömrümü də sevdiyim bu peşəyə həsr etmək fikrindəyəm:


"Bu əsərlər yalnız elmi biliklərlə deyil, həm də həyatı bacarıqlarla formalaşmalıdır. Bu səbəbdən mən daim çalışıram ki, belə bir nəsil yetişdirim. Yetişdirdiyim şagirdlərin uğurları ali məktəblərə qəbul, olimpiadalar, fənn müsabiqələrində yüksək nəticələrlə özünü göstərir. Təbii ki, bu uğurlar nəticəsində mənim də əməyim dəyərləndirilib. Rayon icra hakimiyyəti, rayon təhsil şöbəsi və dəfələrlə məktəb rəhbərliyi tərəfindən təltif olunmuşam.


Müəllim bəzən bəzən aktyor olmalıdır:


"Müsahibə mərhələsində heç bir texniki problem yaşanmadı. Hər şey çox gözəl, çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən tam razı qaldım. Geniş şəkildə suallar verdilər. Bacardığım qədər cavablandırdım. Əminəm ki, məmnun qaldılar. Mövzumun izahı zamanı bizə verilən bir neçə mövzu arasından seçim təklif edildi. Mən "Dünya okean dibinin relyef müxtəlifliyi" mövzusunu seçdim. Bu, yeddinci sinifdə keçilən bir mövzudur. Mövzunun icmalını hazırlamışdım və onu geniş şəkildə təqdim etdim. Hətta, refleksiya mərhələsində sual verən şəxs mənə dedi ki, “Siz də yəqin 3‑2‑1 üsulunu tətbiq etmisiniz?” Mən cavab verdim ki, xeyr, refleksiya üçün müxtəlif üsullar var. 3‑2‑1 və çıxış bileti də bu üsullardandır, amma bu dəfə BİBÖ üsulundan istifadə etmişəm.


Çünki hər bir dərs üçün uyğun refleksiya üsulu seçilməlidir. Bu dərsdə BİBÖ‑nü seçdim və onun üçüncü sütununu refleksiya üçün təqdim etdim: “Şagird nə öyrəndi?” Bu hissəni də geniş şəkildə izah etdim. Daha sonra psixoloji və qiymətləndirmə ilə bağlı suallar verdilər, mən də cavablandırdım. Ümumilikdə çox yüksək səviyyədə keçdi, çox xoş oldu. Kamera vasitəsilə ayrı olsaq da, hər şey şəffaf və düzgün idi.

Müəllim psixoloqdur, fasilitator rolunu oynayır, bəzən aktyor olmalıdır, uşağın dərdini paylaşmalıdır".


Elə müəllimlər var ki, oxuyublar, amma cəmiyyət içində üç kəlmə söz deyə bilmirlər:


"Müsahibə mərhələsindən nə qədər toplayacağım təxmin edə bilmirəm. Amma mən çevrəmdə olan müəllimləri də görürəm. Onlar müəllimdirlər, oxuyublar, amma cəmiyyət içində üç kəlmə söz deyə bilmirlər. Müəllimdə eyni zamanda natiqlik qabiliyyəti olmalıdır. Yəni, müəllim qarşısındakı insana yüksək səviyyədə, qışqırmadan, öz fikrini çatdırmağı bacarmalıdır. Yer gələndə, lazım olan yerdə düzgün şəkildə danışmalıdır.


Düzdür, sertifikasiyanın test imtahanı mərhələsindən 43 bal topladım. Mənim üçün balın önəmi yoxdur. yüksək bal toplamaq, yaxşı müəllim olmaq demək deyil. Müəllim olmaq üçün şagirdə öz ürəyini verməlisən, öz sevgini verməlisən. Düzdür, uşaqdırlar.Bəzən səhvləri olur, bəzən bərkdən də danışırıq. Bəzən səhvlərini də fərdi şəkildə deyirik ki, bu şey burada düz etmədin".  



Həmçinin oxuyun:
OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Müəllimləri sertifikasiyada nə gözləyir...?

Müəllimləri sertifikasiyada nə gözləyir...?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Birincilərin birincisi

Birincilərin birincisi

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Valideyninizi dəyişə, onlara tərbiyə verə bilməzsiniz - “Məktəbdə” LAYİHƏSİ

Valideyninizi dəyişə, onlara tərbiyə verə bilməzsiniz - “Məktəbdə” LAYİHƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası