AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
06 sentyabr 2025
1 451

Üç məktəbdə müəllimlər vahid formaya keçib



Azərbaycanda bəzi məktəblərdə müəllim heyəti vahid geyim formasına keçir. Bu təşəbbüsün təhsildə intizam və nümunəvi görünüş baxımından fayda verdiyi bildirilir. Ancaq müəllimlərin vahid formaya keçidinə ehtiyac olmadığını düşünənlər də var.


Bəs vahid geyim formasının tətbiqi məktəblərdə hansı nəticələri verib?


AzTehsil.com - n əldə etdiyi məlumata görə Vahid forma tətbiq edilən məktəblərin direktorları teleqraf-a danışıblar. Qeyd edək ki, hər üç məktəb Şəmkir rayonuna aiddir.


Şəmkir rayonu Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbinin direktoru Yaqub Əsədov bildirib ki, vahid forma intizamı və keyfiyyəti artırır.


Onun sözlərinə görə, 2021-2022-ci tədris ilindən müəllimlərin vahid forma geyinməsi təşəbbüsü məktəb rəhbərliyi və müəllimlər tərəfindən irəli sürülüb, Şəmkir rayon təhsil şöbəsi tərəfindən dəstəklənib. Məktəb kollektivi formaya keçidi müsbət qarşılayıb:


“Hər bir məktəbin vahid formaya keçməsi daha yaxşı olardı. Şagirdlər də həmişə forma geyinib. 2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən nümunələr arasında pedaqoji şurada valideynlərin iştirakı ilə 2 nömrəli forma seçildi. Həmin geyimi həm valideynlər, həm də şagirdlər müsbət qarşıladılar. Vahid forma nizam-intizamın qorunmasına, şagirdlərin təhsilinin keyfiyyətinə müsbət təsir göstərir”.






Şəmkir rayonu Qaralar kənd Ayaz Bağırov adına tam orta məktəbinin direktoru Flora Qurbanova isə bildirib ki, onlar bu qaydanı illər əvvəl tətbiq etməyə başlayıblar:


“Mən 1993-cü ildən bu məktəbdə direktoram. Elə həmin ildən uşaqların vahid formada dərsə gəlməsi qaydasını tətbiq etmişik. Əvvəlcə döş geyimi və şalvar idi, sonradan qara yubka və ağ köynəyə keçdik. Direktorun sözlərinə görə, bu, həm səliqə, həm də mənəvi baxımdan müsbət nəticələr verib: “Kimsə məktəbə gəlib bahalı paltarlarını nümayiş etdirə bilmir. Bu, həm müəllimlər, həm də şagirdlər üçün keçərlidir. Vahid forma həm görünüş baxımından gözəldir, həm də şagirdlər üçün nümunədir. Mən ümumilikdə səliqəni çox sevirəm və bu üsulla onu təbliğ edirik”.Direktor vahid formanı həm pedaqoji kollektivin nümunəvi görünüşü, həm də şagirdlərin təhsilinə müsbət təsir edən amil kimi qiymətləndirir:


“Valideynlər də razıdırlar. Hamı eyni formada olduğundan heç kim bir-birindən seçilmir. Bu da sosial bərabərliyin qorunmasına kömək edir”.




Şəmkir rayonunun Ağlavaşlı kənd Sahib Əliyev adına tam orta məktəbin direktoru Tahir Hacıyev isə təşəbbüsün özünə məxsus olduğunu deyib:


“Şagird müəllimin geyiminə baxıb ona bənzəməyə çalışır, hərəkətlərini, davranışını, danışığını təkrarlamağa başlayır. Geyimini də müəlliminə uyğunlaşdırır. Bu baxımdan vahid formanı vacib hesab edirəm. Mən bu məktəbdə iki ildir çalışıram, formaya keçid təşəbbüsünü də özüm irəli sürmüşəm. Tətbiq etdik və nəticələr müsbət oldu.


Bu yanaşma həm məktəbin ümumi ab-havasına, həm də şagird-müəllim münasibətlərinə yaxşı təsir göstərir. Məktəbdə nizam-intizamın qorunması, müəllimlərin peşəkar görünməsi və şagirdlər üçün nümunə olması baxımından bu addımın digər məktəblərdə də tətbiqi faydalı ola bilər”.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Biləsuvar rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə nümunəvi dərs keçirildi.

Biləsuvar rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə nümunəvi dərs keçirildi.

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir