MİQ üzrə bir sıra fənlərlə bağlı apellyasiya müraciətlərinə start verilib
Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanı ilə bağlı apellyasiya müraciətlərinə start verilib.
AzTehsil.com xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.