Qarabağın bəzi məktəbləri ilk dəfə monitorinqə cəlb edilib
İlk dəfə Ağdam rayon Sarıcalı, Ağdərə rayon Həsənriz, Suqovuşan kənd və Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəblərdə VI siniflərin monitorinqi keçirilib.
AzTehsil.com xəbər verir ki, bu haqda Regional Təhsil İdarəsindən məlumat yayılıb. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.