Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 26 may 2023-cü il tarixində İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak edə bilərlər.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, adları çəkilən rayonların sakinləri 19 may 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.