Biologiya və tarix fənləri üzrə qiymətləndirmə tapşırıqları müzakirə edilib
Mayın 5-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.
Mərkəzdən bildirilib ki, iclaslarda “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.