Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib
7 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Gündəlik məsələ hər iki fənn üzrə respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan 6‑ci sinif biologiya və Azərbaycan tarixi dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklə müqayisəli təhlili olub.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib.
Növbəti iclaslarda qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili davam etdiriləcək.