Azərbaycanda acı MƏNZƏRƏ: Bu uşaqlar nə hərf tanıyır, nə də rəqəmləri - VİDEO
Musayevlər ailəsi 12 ildən çoxdur ki, Bərdədə fermada yaşayır. Ən acınacaqlısı isə odur ki, ailənin 2 azyaşlı balası da burada, məhz bu mühitdə böyümək məcburiyyətindədir.
Tehsil.biz "Xəzər TV"yə istinadən xəbər verir ki, uşaqlardan biri hazırda 1-ci, digəri isə 6-cı sinifdə oxumalıdır. Ancaq təəssüflər olsun ki, onlar hələ hərfləri, rəqəmləri belə tanımırlar.
Fermada yaşayan ailənin uşaqları təhsilsiz qalıb. Uşaqlar nə hərf tanıyır,nə də rəqəmləri..
Bərdə rayonunda fermada yaşayan Musayevlər ailəsinin iki övladı var. Ailə 12 ildən çoxdur, fermada yaşadığından uşaqlar da elə orada böyüyüb... Hazırda balaca övladları 1-ci sinifdə, böyüyü isə 6-cı sinfdə oxumalı idi. Bu uşağın 11 yaşı olmasına baxmayaraq nə hərf, nə də rəqəm tanıyır.
Valideynləri bildirir ki, evləri olmadığından onlar fermada yaşamaq məcburiyyətindədirlər. Belə olan halda uşaqlar da təhsildən yayınır.
Məsələ ilə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, uşaqların bu problemi ilə bağlı rayon təhsil şöbəsinə heç bir müraciət daxil olmayıb.
Valideynlər əraziyə ən yaxın məsafədə yerləşən məktəbə müraciət edərək uşaqları təhsilə cəlb edə bilərlər.