Bu məktəbi müəllimlər öz güclərinə saxlayırlar
Lənkəranın Vel kəndinin Asif Xəlilov adına tam orta məktəb binası qəzalı vəziyyətdədir.
Belə ki, 30 ildir tikilib istifadəyə verilsə də, bu illər ərzində təhsil ocağında əsaslı təmir işləri aparılmadığından divarlar və döşəmələrdə iri çatlar əmələ gəlib, pəncərələri sınıb.
Şagirdlər bildirir ki, məktəbdə istilik sistemi heç bir zaman olmayıb.
Məktəbin fiziki tərbiyə müəllimi Salam Bağırov məktəbi öz güclərinə saxladıqlarını deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
https://www.youtube.com/watch?v=JhfkmvXTbBo&feature=emb_logo