Uçmaq təhlükəsi ilə üz-üzə qalan təhsil ocağı – VİDEO
Tərtərdə 1979-cu ildə tikilib istifadəyə verilən Azad Qaraqoyunlu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. Uzun illər təmir edilmədiyindən təhsil müəsisəsi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Qopub-tökülən beton parçaları şagirdlərin kabusuna çevrilib. 40 ildən çoxdur istifadəyə verilən kənd məktəbi bir dəfə də olsun təmir edilməyib.
Vaxtı ilə yüzlərlə uşağın təhsil aldığı kənd məktəbində indi cəmi 294 şagird təhsil alır.
Məktəb sözün əsl mənasında qəzalı vəziyyətdədir. Binanın böyük bir hissəsinin dam örtüyü olmadığından yağan yağış birbaşa sinif otaqlarına tökülür.
Daha ətraflı Baku TV-nin süjetində: