Səkkiz ölkənin 22 universitetindən qəbul qazanan qız DANIŞDI – FOTO
Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.
Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə 542 bal ilə BDU-ya daxil olub:
“Hazırda 4-cü kursda təhsil alıram. Universitetlərə müraciət etmək üçün hazırlaşmağa, IELTS imtahanı verməyə və sənədləri yığmağa 3-cü kursdan başlamışam, amma 4-cü kursda, oktyabr ayından başlayaraq universitetlərə sənəd göndərməyə başladım. Bəzi universitetlər iki raunddan ibarət idi və ikinci raundda müsahibə var idi. Təxmini yanvar aylarından müsahibələr başladı”.
Tələbə deyir ki, dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb:
“Tam təqaüdü yalnız Finlandiya verib. İngiltərədən, Almaniyadan 50% və 75% təhsil xərclərini qarşılayan təqaüdlər də qazanmışam. Qalanlarından universitetdən qəbul almışam və təqaüdə müraciət etmişəm.
Onların cavabları hələ çıxmayıb. Mən Imperial College London universitetində süni intellekt üzrə təhsil almaq istəyərəm. Dövlət Proqramı açılanda o universitetə müraciət edəcəyəm”.
Azərbaycanda ən yüksək bal toplayan onlar oldu: Siz də tanıyın - FOTO
Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA
Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsi təqaüd proqramı elan edir
Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb
Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU
Pandemiya reytinqə necə təsir edib?
Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi - VİDEO
Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?
Nazirlik: Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin diplomları tanınacaq
Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: “Səhvə yol verdim” - MÜSAHİBƏ
ADPU-nun Quba filialının tələbəsi yol-nəqliyyat hadisəsinin qurbanı olub
Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA
Azərbaycanda tələbə vəfat etdi
İtkin düşən tələbə qız tapıldı: Sevgilisi ilə qaçıbmış-Foto
BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü
Yevlaxda itkin düşmüş tələbə tapılıb
3-cü kurs tələbəsi vəfat edib
Azərbaycanda birinci kurs tələbəsi qəfil öldü - FOTO
618 bal yığmış tələbə qız niyə intihar etdi
Azərbaycanda bir məktəbin səkkiz müəllimi koronavirusa yoluxdu
18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat
Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt
Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO
BDU-nun tələbəsi öldürüldü