AzTehsil.com


Xəbərlər / Müəllim
07 aprel 2022
976


DİM Gürcüstanda Azərbaycan dili müəllimlərinin hazırlanmasına dəstək olacaq




Dövlət İmtahan Mərkəzi (DİM) Gürcüstanda Azərbaycan dili müəllimlərinin hazırlanmasına dəstək olacaq.


Mərkəzdən verilən məlumata görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze ilə onlayn formada görüş keçirilib.


Görüşdə qurumlar arasında artıq iki ildir rəsmi şəkildə davam edən əməkdaşlığa dair qarşılıqlı məmnunluq ifadə edilib və həyata keçirilən işlərin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğu vurğulanıb.


İclasda tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib.


DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən gələcəkdə ortaq tədqiqatların aparılmasına dair irəli sürülmüş təşəbbüs NAEC nümayəndələri tərəfindən xoş qarşılanıb və görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.


Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib. Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:


- Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;


- Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;


- MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;


- MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.


Bu il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:


- MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;


- DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması.


Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı diferensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.


Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolunun müddəalarının icrasına da töhfə verir.




Загрузка...
Həmçinin oxuyun:
Gürcü məktəblərində işləyən müəllimlər üçün peşə-ixtisas imtahanı üzrə sual bankı hazırlanacaq

Gürcü məktəblərində işləyən müəllimlər üçün peşə-ixtisas imtahanı üzrə sual bankı hazırlanacaq

Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq

Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI

Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI

Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edib

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”

Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə: “Növbəti il üçün buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır”

Məleykə Abbaszadə: “Növbəti il üçün buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır”

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: Rezidentura imtahanlarının keçirilməsində dəyişiklik olacaq

Məleykə Abbaszadə: Rezidentura imtahanlarının keçirilməsində dəyişiklik olacaq

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Məleykə Abbaszadə imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Məleykə Abbaszadə sınaq imtahanı ilə bağlı canlı yayımda olacaq

Məleykə Abbaszadə sınaq imtahanı ilə bağlı canlı yayımda olacaq

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrinə görə seçim müsabiqəsinə buraxa bilərik

Məleykə Abbaszadə: Abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrinə görə seçim müsabiqəsinə buraxa bilərik

“Yeni qəbul qaydaları təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək"

“Yeni qəbul qaydaları təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək"

DİM Direktorlar Şurasının sədri valideyn və abituriyetlərə çağırış edib

DİM Direktorlar Şurasının sədri valideyn və abituriyetlərə çağırış edib

Məleykə Abbaszadə rəisi işdən çıxardı

Məleykə Abbaszadə rəisi işdən çıxardı