Məktəblər fevralın 15-dən sonra bağlanacaq?– Rəsmi CAVAB
Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub.
Artıq bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.
Yayılan məlumatda orta məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı qeyd olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, hazırda bu məsələ müzakirə edilmir:
“Bizdə qapanma ilə bağlı bir məlumat yoxdur. Məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil”.