Azərbaycanda orta məktəbdə baş verən biabırçılığa NAZİRLİKDƏN AÇIQLAMA
Ötən gün Azərbaycanda orta məktəblərin birində çəkilən görüntülər müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, bir çox sosial platformalarda yayılan videoda şagird nizam-intizamsızlığını əks etdirən görüntülər yer alıb.
Orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirlər.
Faciə isə odur ki, bütün bunlar sinifdə müəllimin olduğu müddətdə baş verir. Sosial şəbəkələrdə yayılan bu görüntülər görənləri hiddətləndirib.
Təhsil ocağında baş verən bu nizam-intizamsızlıq istifadəçilər tərəfindən qəzəblə qarşılanaraq qınanılıb. Sözügedən görüntülərə aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinə müraciət etdik.
Qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan o görüntülərin Azərbaycandakı məktəblərdən birində baş verdiyi öz təsdiqini tapmayıb.
Qeyd edək ki, videodan partaların üzərində Azərbaycan dilində yazıların qeyd oldunduğu açıq-aydın görünür.