AzTehsil.com


Xəbərlər
22 dekabr 2021
1 062


Dövlət komitəsindən Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılmasına REAKSİYA



 

“Yevlaxdakı məsələ problemlərin, neqativ meyillərin hələ də qüvvədə olduğunu göstərir”. 


Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirərkən deyib. 


Onun sözlərinə görə, bununla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətləri düşünülməlidir: “Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu ağıla sığmayan bir haldır. Belə hal baş verirsə, bu, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir. Təhsil, maariflənmə sağlamlıq istiqamətində görülən tədbirlər insana yönəlir. Təhsil də yalnız elm və bilik öyrənmək deyil, həm də insan olmaq üçün imkan yaradır. Bütün proseslərdən keçən, insanlar nəticədə yaşının müəyyən vaxtında belə hərəkətə yol verirsə, bu onun fərd olaraq problemi kimi qəbul olunur. Belə məsələlərə cəmiyyətin sərt reaksiyasının olmaması insanların dözümlü yanaşmasından irəli gəlir. Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini müəyyən edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik. Hər kəs törətdiyi belə hüquq pozuntusuna və cəmiyyətin birgəyaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır. Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməlidir. Hansısa təzyiq aləti kimi görməməlidir. Təəssüf ki, iş prosesində rast gəlirik ki, belə halda kimsə cəzalandırıldıqda cəmiyyət bunu ailə qurmağa maneə kimi qəbul edir. Bu, gənc bir oğlanın hədələnməsi kimi qəbul olunur. İnsanlar nə istədiyini, bəyənmədiyini açıq ortaya qoymalı, prinsipial mövqe tutmalıdır. Çünki bu, bizim hər birimizin ailəsinə aiddir”. 


B.Muradova qeyd edib ki, bu hadisə komitənin diqqətindədir: “Müdaxilə edilib. Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetirik. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək taleyi və psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik”.


Komitə sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə münasibət bildirib. 


O qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: “Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür”.




Загрузка...
Həmçinin oxuyun:
11 yaşlı qızdan XƏBƏR VAR

11 yaşlı qızdan XƏBƏR VAR

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA

Bahar Muradova: “Uşaq hüquqlarıyla bağlı sənəd üzərində iş aparılır”

Bahar Muradova: “Uşaq hüquqlarıyla bağlı sənəd üzərində iş aparılır”

Bakıda erkən nikaha məcbur edilən daha bir qız evdən qaçıb

Bakıda erkən nikaha məcbur edilən daha bir qız evdən qaçıb

DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən məktəbli qızla bağlı AÇIQLAMA

DİN-dən sosial şəbəkədə zorakılıq gördüyü iddia edilən məktəbli qızla bağlı AÇIQLAMA

Azərbaycanda məktəbli qızın ərə verilməsinin qarşısı alınıb

Azərbaycanda məktəbli qızın ərə verilməsinin qarşısı alınıb

Nişan mərasimi keçirilən 11 yaşlı azərbaycanlı qızla bağlı TƏFƏRRÜAT - VİDEO

Nişan mərasimi keçirilən 11 yaşlı azərbaycanlı qızla bağlı TƏFƏRRÜAT - VİDEO

İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum olub - VİDEO

İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum olub - VİDEO

13 yaşlı qızı qaçırdılar

13 yaşlı qızı qaçırdılar

Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının - ŞOK TƏFƏRRÜATI

14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının - ŞOK TƏFƏRRÜATI

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Azərbaycanda məktəbli qaçırıldı - TƏFƏRRÜAT - YENİLƏNİB

Azərbaycanda məktəbli qaçırıldı - TƏFƏRRÜAT - YENİLƏNİB

Ağcabədidə qaçırılan 21 yaşlı tələbə qızın - FOTOSU

Ağcabədidə qaçırılan 21 yaşlı tələbə qızın - FOTOSU

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Uşaqların tərbiyəsində atanın rolu

Uşaqların tərbiyəsində atanın rolu

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir - Komitə sədri

Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir - Komitə sədri