İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın kim tərəfindən zorlandığı məlum olub - VİDEO
İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub.
Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
“O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.
S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - Qızı vermələri üçün dil tökdü- VİDEO
Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub
14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının - ŞOK TƏFƏRRÜATI
İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
14 yaşında nişanlanan qızın ailəsindən AÇIQLAMA: Nişan yox, ad günü idi - VİDEO
DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı qızla bağlı AÇIQLAMA
Azərbaycanda məktəbli qaçırıldı - TƏFƏRRÜAT - YENİLƏNİB
Pişik günlərlə anasının cəsədi yanında qalan körpəni xilas etdi
Altıncı sinif şagirdi SMS-in köməyi ilə ona təcavüz edən qatildən qaçdı - FOTO/VİDEO
Məktəblərin bağlanılması uşaq evliliklərinin artması ilə nəticələnib-FOTO
Azərbaycanda 8-ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər - FOTO
Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO
Rusiyada məktəbli qız qardaşından hamilə qaldı
Bakıda erkən nikaha məcbur edilən daha bir qız evdən qaçıb
13 yaşlı qızı qaçırdılar
Ağcabədidə qaçırılan 21 yaşlı tələbə qızın - FOTOSU
Qısqandığı səkkiz yaşlı qardaşını meşəyə apardı və öldürdü
Ağcabədidə məktəblinin intiharının səbəbi bəlli olub
Balakəndə zorlanaraq hamilə qalan 12 yaşlı məktəbli qız hələ də abort edilməyib
DƏHŞƏTLİ QƏZADA ÖLƏN OĞLAN BDU-NUN TƏLƏBƏSİ İMİŞ
Ağstafada səkkiz yaşlı qızı ögey anası döyüb? - FOTO
Məktəbli qızın meyiti tapıldı - Bakıda faciə
Bakıda 10 yaşlı qız intihar etdi
Hava limanında erməni qadının çantasından 12 il əvvəl ölən ərinin sümükləri tapıldı