Təhsil Nazirliyinin rəsmisi: “Bəzi müəllimlərin maaşı 950-1000 manat civarı olacaq”
“Lisey və gimnaziyasında çalışan 5200 nəfər müəllimlərin maaşlarına 15 faiz əlavə olacaq ki, onların vəzifə maaşları orta hesabla 950-1000 manat civarında olacaq”.
Bunu təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, xüsusi təhsil müəssisələrində çalışan 1400 müəllimin maaşına 50 faiz artım olacaq ki, onların orta aylıq əmək haqqısı 1200-1250 manat civarında olacaq.
Nazir müavini qeyd edib ki, gənclərin çağırışa qədərki hazırlıq rəhbərlərinin maaşı 480-500 civarına qalxacaq:
“Dövlət ümumi təhsil müəssisələrində çalışan vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin sayı 70 minə yaxındır. Minimum əmək haqqı artdığı üşün vahid tarif sorğu cədvəlində də artım olacaq. Beləliklə həmin heyətin əmək haqlarınları 450 manat civarında qalxacaq. Hər iki qrup üzrə dövlət ümumi təhsil müəssisələrində əmək haqqı artımına
320 milyon manatdan artıq vəsait sərf ediləcək”.