Xəbərlər
15 dekabr 2021
2 138


Gələn il fəsillərin Azərbaycana daxil olma vaxtı AÇIQLANDI


2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlanıb. 


Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla 2022-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:


Yaz fəsli - yaz gecə-gündüz bərabərliyi - 20 mart, saat 19:33. 


Yay fəsli - yay günəş duruşu - 21 iyun, saat 07:32. Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.


Payız fəsli - payız gecə-gündüz bərabərliyi - 23 sentyabr, saat 05:03.


Qış fəsli - qış günəş duruşu - 22 dekabr, saat 01:48. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq

Məqalə Göndər








Загрузка...