Xəbərlər / Valideyn / Müəllim
04 sentyabr 2019
4 655


Hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır?

Hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır?

 

 
Dərslərə hazırlaşmaq hər səviyyədə olan şagird üçün çətin görünür.Şagirdlər,müəllimlər və valideynlər bəzən bu işin sirrini çox çalışmaqda görürlər,lakin bundan daha vacib səmərəli çalışmaq lazım olduğunu deyirlər.Səmərəli çalışmaq necə olur və onun üçün nə etmək lazımdır haqqında konkret bir fikrə gəlməyiblər.Dərslərə günün hansı hissəsində daha yaxşı hazırlaşmaq olar? Gecə yoxsa gündüz?

Dərs çalışmağın ən yaxşı vaxtı haqqında şagirdlər və valideynlər arasında vaxtaşırı mübahisələr baş verir.Bəziləri gecə, bəziləri isə gündüz hazırlaşmağın daha səmərəli olduğunu iddia edir.

Bəs günün hansı zamanında oxumaq daha səmərəli olar?

Tənbəl insan üçün günün hansı hissəsində dərs çalışmağın fərqi yoxdur. Onlar üçün günün hissələrini nəyə xərcləməli olduqları önəmli deyil.Ancaq çalışqan insanlar üçün günün hansı hissəsinin daha səmərəli olduğu vacibdir.

Əvvəla, hər bir şagirdin fərqli öyrənmə tərzi var. Hər kəsin dərs çalışma şəraiti və dərsi hazırlama üslubu fərqlidir. Buna görə də şagird,əvvəlcə, dərs hazırlaşma metodunu kəşf etməli və özünə uyğun üslubu tənzimləməlidir. Bunu etmək üçün aşağıdakı məlumatlar sizə faydalı ola bilər?
 
Dərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)

Dərsi gündüz oxumağın üstünlükləri


Səhərlər beyin dincəlmiş və daha canlı olur. Gecə yuxusu beyni dinc hala gətirir. Səhərlər yaxşı qidalanmaq öyrənmə effektivliyini artırır. Belə vəziyyətdə beyin daha yaxşı bilik əldə edə bilir.Gün işığında dərsə hazırlaşmaq gözləri daha az yorur və insanı oyaq saxlayır.Oyaq və yorğun olmayan beyin adlar,tarixlər,yerlər kimi təfərrüatları daha yaxşı yadda saxlaya bilir. Gündüz dərs oxumaq insanın təbiətinə daha uyğundur. Düzgün yuxu rejimi dərs öyrənmək üçün vacibdir.Gündüzlər dərs oxumaq şagirdlərə həm də yoldaşları ilə birgə hazırlaşmaq fürsəti də verir.

Dərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)

Gecə oxumağın üstünlükləri

Gecələr dərs oxumaq üçün daha sakit və səssiz şərait yaranır. Xüsusilə, böyük ailələrdə gecə dərs çalışmaq daha rahatdır.Gecələr insanın fikrini yayındıran şeylər az olduğu üçün daha məhsuldar çalışa bilər.Hətta bir çox yazıçı,rəssam və tədqiqatçıların kitabxanada səhərədək mütaliə etməsi haqqında rəvayətlər vardır
Dərsi oxuduqdan yatmaq əldə etdiyin biliyi möhkəmləndirmək üçün faydalıdır.
Beləliklə,vacib olan dərsi gecə və ya gündüz oxumaq deyil, insanın özünün öyrənmə metodu və üslubudur.
Yuxarıdakı məlumatlara əsasən, deyə bilərik ki,gündüzlər öyrənmək,gecələr isə yaradılıcılıq üçün ən uyğun vaxt hesab oluna bilər
 fedai.az
Məqalə Göndər








Загрузка...