AzTehsil.com


Xəbərlər / Ekspert
12 noyabr 2021
1 207


İlham Əhmədov – Cənubi Koreya möcüzəsi: qüvvət elm və təhsildədir




Bu gün Cənubi Koreya  dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.  Və bütün bunlar – neft, qaz və qiymətli metallar olmayan,  əhəmiyyətsiz bir ərazidə  mümkün olmuşdur.


 Və bütün bunlar – sözün əsl mənasında bir nəslin həyatı ərzində,    ən qısa zamanda, aclıq və müharibənin dağıntıları üzərində qurmaq mümkün olmuşdur. Koreya bütün bunları  isə öz adət-ənənələrini, dillərini, özünə hörmət hissini, həyata sevgisini itirmədən  nail olmuşdur.  Cənubi Koreyanın tarixi bir sıra müharibələr, işğallar, aclıq və yoxsulluq illəri ilə zəngindir. Yeri gəlmişkən, bu ağır həyat şəraiti, hələ də koreyalıların adət-ənənələrində, gen yaddaşında əks olunur. Məsələn,  koreyalılar görüşəndə bir-birləri ilə salamlaşdıqda ilk sualları belə olur: “Bu gün yemək yemisiniz?”  və ya “rahat yuxlaya bilmisənmi?”. Bununla belə, Cənubi Koreya bir neçə onillik  ərzində geridə qalmış aqrar ölkədən inkişaf etmiş iqtisadiyyata çevrilən unikal  bir ölkədir… Cənubi Koreyanın bu günkü inkişafı  azadlığın və əzmin hər zaman qalib gəldiyinin bariz nümunəsidir.


Cənubi Koreyadünyanın 11-ci iqtisadiyyatına malikdir.  Orta əmək haqqı ayda 3000 dollardır. Ölkədə kasıb insan yoxdur. Burda sakinlərin  orta ömür  yaşı 82 ildir. Dünyada ən aşağı uşaq ölümü olan ölkələrdəndir.  Dünyanın aparıcı yüksək texnologiyalar istehsalçısıdır.  Dünyada hər üçüncü gəmi bu  ölkədə istehsal olunur. Avtomobillər, smartfonlar və televizorlar v.s. istehsalında da liderlər sırasındadır.  Bu ölkənin əhalisi  dünyanın ən savadlı və  yüksək rəqabətqabiliyyətli  toplumdurlardan biridir.  Bunun əsas səbəbi ölkədə təhsilə, onun keyfiyyətinə yerilən yüksək tələbdir.


Koreya  məktəbliləri  təhsilin keyfiyyətinə görə dünyada üçüncü  yerdədir.   Xəstəxanaları da  tibbi xidmətlərin keyfiyyətinə görə dünyada üçüncü  yerdədir.  Ölkənin ordusu hərbi  güc və səmərəlilik baxımından dünyada ilk beşlikdədir.  Koreya hökuməti elmə  Yaponiya və ABŞ-dan daha çox sərmayə qoyur. Dünyada ən çox internet istifadəçisi olan ölkələrdəndir.  Mədəniyyət, xasusən musiqi (K-Pop) və kinifilm istehsalı sahəsində də Koreya liderlər sırasındadır.


Bütün bunlar – neft, qaz və qiymətli metalları  olmayan,  əhəmiyyətsiz bir ərazidə  yerləşən bir ölkənin nailiyyətləridir.  Qeyd etdiyimiz kimi, bütün bunlar – sözün əsl mənasında bir nəsilin həyatı ərzində, ən qısa zamanda, aclıq və müharibənin dağıntıları üzərində qurulmuşdur.  Bütün bunları – öz adət-ənənələrini, dillərini, özünə hörmət hissini və həyatn sevgisini itirməyən xalq yaratmışdır.  Cənubi Koreyanın bu sıçrayışlı inkişafı  azadlığın,  əzmkarlığın,  qalibiyyətin  bariz nümunəsidir.


Cənubi Koreya  möcüzəsinin  əsl səbəbi  bu ölkədə elm,  təhsil, texnologiya və innovasiyaların inkişafının  daim dövlətin diqqət mərkəzində olmasıdır. Belə ki, Koreyanın  təhsil, elm və texnologiya sahəsində əldə etdiyi tərəqqi  tempinin   qorunub saxlanılması Koreyanın inkişaf strategiyasının əsasını təşkil edir.  Koreyada elm və təhsilə son 50 ildə  ciddi diqqət yetirilmişdir. Bu Ölkədə analoqsuz inkişafının da  əsas səbəbi məhz bu  amildir.  “Elm və təhsildən faydalanan xalq firavan yaşayar.” (Konfutsiy).  Bir məqalədə təbii ki, bu ölkənin elm və təhsil siyasətini  və inkişaf tarixini təhlil etmək mümkün deyil. Sadəcə Koreyanın təhsil sistemi haqqında ümumi xarakterli bəzi məlumatlara nəzər yetirək.


Koreyada təhsilin ilkin təşəkkül tarixi IV əsrin ikinci yarısına təsadüf edir. XIX əsrdən etibarən xristian missionerləri tərəfindən dövlət və özəl təhsil müəssisələrindən ibarət olan müasir məktəblər yaradılmağa başlanılıb. 1945-ci ildə Yaponiyanın 35 illik əsarətindən azad olduqdan sonra Koreyada demokratik təhsil forması təşəkkül tapmağa başlamışdır.  Koreyada ibtidai təhsil 6 il davam edir. Daha sonra heç bir məhdudiyyət qoyulmadan şagirdlərə 3 illik əsas məktəblərdə oxumaq imkanı verilir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta məktəblər 3 illik ümumi orta, peşə və ixtisaslaşmış məktəblərə (xarici dil, incəsənət, təbiət təmayüllü siniflərə) bölünür. Bir çox orta məktəblərdə təhsil xərcləri şagirdlər tərəfindən ödənilir.


Orta məktəblərdə tədris olunan fənlər ümumi orta məktəblər üçün müəyyən olunmuş fənlərə,  peşə məktəblərinə, ixtisaslaşmış orta məktəblər üçün nəzərdə tutulmuş ixtisaslaşmış (təmayüllü) fənlərə bölünür. Bu mərhələdə əsas və yüksək səviyyəli olmaqla, dərsliklər də 2 yerə bölünür.


Cənubi Koreyada təhsilin yüksək pilləsi universitetlər, peşə kollecləri, müəllim hazırlığı institutları və ilahiyyat seminariyaları ilə təmsil olunur. Universitetlər bakalavr, magistratura və doktorantura proqramları üzrə kadr hazırlığı həyata keçirilir.  Peşə kollecləri bir sıra tətbiqi (praktik) sahələr üzrə mütəxəssislər hazırlayır: məktəbəqədər təhsil, tibb bacısı, biznesin idarə edilməsi, balıqçılıq, gəmiçilik, kənd təsərrüfatı və s. sahələr üzrə kadr hazırlayırlar.  Kollec təhsili 2-3 il davam edir,  peşə sertifikatı ilə başa çatır. Klassik universitetlərlə müqayisədə kollecə daxil olmaq daha asandır, lakin gələcək karyera perspektivləri  məhduddur.


Tədris proqramına görə kollec təhsili 2-3, ali təhsil 4-6 il arasında dəyişir. Kolleclər əsasən,  şirkətlərin,  istehsal müəssisələrinin mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Ali təhsil müəssisələrində isə nəzəri biliklərin tətbiqi məsələlərinə xüsusi önəm verilir.


Cənubi Koreyada 400-dən çox universitet var. Universitetlər 3 növə bölünür:               Milli – Hökumət tərəfindən maliyyələşən universitetlər;  Dövlət – yerli hakimiyyət orqanlarını tərəfindən maliyyələşən universitetlər;  Özəl – qeyri-kommersiya fondları və digər təşkilatlar tərəfindən maliyyələşən universitetlər.  Bu universitetlərin ən böyük qrupudur. Koreyada yerləşən orta məktəblərin 80%-dən çoxu özəldir.


Universitetlər   Boloniya sistemi ilə təlim keçirlər. Bakalavr proqramı üzrə (tibb proqramları və memarlıq istisna olmaqla)  4 illik təhsil  həyata keçirilir.   Ölkənin bir çox universitetləri “ümumi” qəbul təklif edir, bu  zaman tələbə təhsilin birinci ilində əsas fənlər üzrə ümumi bilik alır və yalnız 2-3 kurs üzrə ixtisaslaşmaya keçir.


Konstitusiyaya görə hökumət həyatboyu təhsilin təmin olunmasına cavabdehdir. Fasiləsiz təhsil (məktəb təhsili istisna olmaqla), təhsilin bütün formalarını əhatə edir. Koreyada təklif olunan fasiləsiz təhsil proqramlarına məktəbdənkənar, texniki peşə təhsili, ümumi və humanitar təhsil daxildir.


Koreyada müəllimlər fəaliyyət uyğunluğuna görə bir neçə kateqoriyaya (I və II dərəcəli, assistent müəllimlər, peşəkar məsləhətçilər, təlim müəllimləri, I və II dərəcəli uşaqlara qayğı müəllimləri) bölünür. Hər bir müəllimin müvafiq kateqoriya üzrə müəyyən olunmuş ixtisas meyarlarına uyğunluğu Baş nazirin müavini və ya təhsil və insan resurslarının inkişafı naziri tərəfindən lisenziyaların verilməsi ilə təsdiqini tapır.  Müəllimlər müvafiq qaydada vaxtaşırı ixtisasartırma təliminə cəlb olunurlar. Proqramlardan asılı olaraq ixtisasartırma təhsili 30 gün və ya daha uzun müddət davam edir.  Koreyada ibtidai təhsil üzrə 11, orta təhsil üzrə 67, təhsilin idarə olunması üzrə 1, tam orta təhsil üzrə 18 ixtisasartırma institutu fəaliyyət göstərir.  Bunlardan əlavə  55  ixtisasartırma institutu distant təhsil formatında fəaliyyət göstərir.


Koreyada bəzi ölkələrsdən fərqli olaraq elm və təhsil siyasətinin yüksək səmərə verməsi, bu prosersin idarəedilməsinin bu prinsiplərə əsaslanması səbəbindəndir: 

1. yüksək səviyyədə, şəffaf maliyyələşmə,


2.Peşəkarlığa əsaslanan kadr siyasəti,


3.Fəaliyyətdə nəticəyönümlük və hesabatlıq.


Qeyri neft sektorunun və insan kapitalının inkişaf etdirilməsində bizim Cənubi Koreya təcrübəsindən faydalanmağımız  məqsədəuyğun olardı.  Maraqlıdır ki, vaxtı ilə Koreya şimal və cənub kimi 2 yerə parçalananda, ərazilərin böyük hissəsi və təbii sərvətlərlə zəngin bölgələri Şimali Koreyaya, ərazinin az və heç bir təbii sərvəti olmayan hissəsi Cənubi Koreyaya  qismət olmuşdu. Bu gün isə onların inkişaf səviyyələri arasında fərq göz önündədir. Çünki,  “Bir ölkənin inkişafı  üçün  onun təbii sərvətlərinin olması zəruri deyil, təbii sərvətləri  olmayan  ölkə də yüksək inkişafa nail ola bilər. Ölkənin ən vacib sərvəti  onun insanlarıdır. Dövlətin əsas vəzifəsi xalqın istedadının çiçəklənməsi üçün zəmin yaratmaqdır.” (Marqaret Tetçer).




Загрузка...
Həmçinin oxuyun:
Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçildi

UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçildi

Ölkəyə 1,5 milyard qazandıran mahnıya görə K-pop məktəb dərsliklərinə salındı – FOTO/VİDEO

Ölkəyə 1,5 milyard qazandıran mahnıya görə K-pop məktəb dərsliklərinə salındı – FOTO/VİDEO

Koronavirusu 20 dəqiqədə müəyyən edən test yaradıldı

Koronavirusu 20 dəqiqədə müəyyən edən test yaradıldı

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

15 ən yaxşı smartfon - REYTİNQ

15 ən yaxşı smartfon - REYTİNQ

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici siyahı

Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici siyahı

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Koronavirusun Cənubi Afrika ştammı daha bir ölkədə aşkarlandı

Koronavirusun Cənubi Afrika ştammı daha bir ölkədə aşkarlandı

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan Cənubi Qafqazda liderdir

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Yeni Peşə Təhsil Mərkəzi ilə bağlı görüş

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

“Samsung” “Apple” fanatlarını lağa qoydu

“Samsung” “Apple” fanatlarını lağa qoydu

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

“Samsung Galaxy Note 8” ilin smartfonu oldu

“Samsung Galaxy Note 8” ilin smartfonu oldu