AzTehsil.com


Xəbərlər / Dünya
13 may 2020
1 194


Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb



Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

 

Səbəb koronavirusun yenidən yayılması göstərilir

Cənubi Koreya hökuməti koronavirusun yenidən yayılması səbəbindən məktəblərin açılması tarixini təxirə salıb. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu barədə ölkənin təhsil nazirinin müavini Pak Bom məlumat verib.

Cənubi Koreyada tədris ili iki semestrə bölünür. Birinci semest mart ayında başlayır və iyulun ortalarına qədər davam edir. Koronavirus səbəbindən hökumət bir neçə dəfə dərs ilinin başlanması tarıxini təxirə salıb və bütün təhsil qurumlarını məsafədən təhsilə keçirib.

Son üç həftə ərzində ölkədə gün ərzində, təxminən 10 yeni infeksiya halı qeydə alınıb, onların əksəriyyəti xaricdən gətirilib. Mayın 6-da ölkə "gündəlik həyatda sosial məsafə" rejiminə keçib.

Cənubi Koreyanın "Yonhap News" agentliyinin məlumatına əsasən, epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı əyani təhsilin bərpa olunması qərara alınıb. Bu, ilk növbədə, kolleclərə daxil olmaq üçün hazırlaşmalı olan yuxarı sinif şagirdləri üçün edilib. Qəbul imtahanlarının müddəti isə təxirə salınmayıb.

Mayın 10-u və 11-də yoluxanların gündəlik artımı müvafiq olaraq 34 və 35 nəfər təşkil edib, onların əksəriyyəti yerli mənşəli olub. COVID-19 infeksiyasının yeni bir epidemiyası bir gəncin Seulda ən izdihamlı rayon olan İtvonda bir neçə gecə klubunu ziyarət etməsindən sonra ortaya çıxıb.

Buna görə də valideynlərin bir qismi  məktəblərin bərpa olunması qrafikinə yenidən baxılmasını xahiş ediblər. İnternetdə yerləşdirilmiş bu xahiş üzrə 160 mindən çox imza toplanıb. Koreya  Təhsil Nazirliyində bu məsələni diqqətlə araşdırmağa söz veriblər.

"Təhsilalanların təhlükəsizliyi hər zaman bizim prioritetimiz olaraq qalır. Biz bütün riskləri diqqətlə izləyirik və müxtəlif mümkün variantları nəzərdən keçirərək ölçülüb-biçilmiş qərar qəbul edəcəyik", - deyə ölkənin təhsil naziri Yu In Xe özünün facebook səhifəsində bildirib.

Mayın 12-də təhsil nazirinin müavini Pak Bom yuxarı sinif şagirdlərinin dərslərinin başlanması tarixinin mayın 20-nə keçirildiyini xəbər verib. Kiçik və orta siniflərdə təhsil alan uşaqlar isə əyani dərslərə sonradan öz cədvəllərinə uyğun olaraq qayıdacaqlar.
 

 Oruc MUSTAFAYEV

 



Загрузка...
Həmçinin oxuyun:
Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Çində məktəblərdə dərslər bərpa olunur

Çində məktəblərdə dərslər bərpa olunur

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Böyük Britaniya məktəbləri açmağa tələsmir

Böyük Britaniya məktəbləri açmağa tələsmir

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Bu ölkədə koronavirusa görə dərslər oktyabradək təxirə salındı

Bu ölkədə koronavirusa görə dərslər oktyabradək təxirə salındı

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Daha bir ölkədə məktəblər bağlanır

Daha bir ölkədə məktəblər bağlanır

Müəllimlərin işə qəbulu üzrə müsabiqə təxirə salınmayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqə təxirə salınmayıb

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert

Dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın - Ekspert

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Mayın 11-dən sonra SMS icazə və gediş-gəlişə qoyulan qadağalar… – Baş infeksionistdən şad xəbər

Mayın 11-dən sonra SMS icazə və gediş-gəlişə qoyulan qadağalar… – Baş infeksionistdən şad xəbər

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Buraxılış imtahanı təxirə salındı

Buraxılış imtahanı təxirə salındı

Mayın 10-da dərslər başlayır? - RƏSMİ

Mayın 10-da dərslər başlayır? - RƏSMİ

Dərslər 4 mayda başlasa summativ qiymətləndirmə elə həmin zamandan aparılacaq

Dərslər 4 mayda başlasa summativ qiymətləndirmə elə həmin zamandan aparılacaq

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslər 15 sentyabra kimi təxirə salınır?

Dərslər 15 sentyabra kimi təxirə salınır?

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI