AzTehsil.com


Xəbərlər / Ekspert / Psixoloq
29 oktyabr 2021
1 024


Eksperti- İnternet insanları, xüsusən də uşaqları bataqlıq kimi özünə çəkərək onların psixologiyası və davranışına sürətlə təsir göstərir




Artıq bir ildən çoxdur ki, uşaqları internetə etibar etmişik desək, yanılmarıq. Onlayn dərslər, distant təhsil uşağın internetlə maksimum ünsiyyətini mütləq etdi. Lakin günboyu əllərində telefon internetdə dolaşan uşaqların qarşılarına arzulamadığımız, istəmədiyimiz məlumatlar, foto-videolar da çıxa bilər. 

 Bu prosesi necə tənzimləməli?

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı  açıqlamasında son zamanlar uşaqların internetlə daha çox kontaktda olduğunu təsdiqləyib. Onun sözlərinə görə, distant təhsildən əlavə, uşaqlar ev tapşırıqları üçün də məlumatları internet vasitəsi ilə əldə edirlər:



"Ona görə də, biz istəsək də, istəməsək də, uşaqlar internetdə çox vaxt keçirirlər. Onların yaşlarına uyğun olmayan mövzulardan uzaqlığını təmin etmək üçün bildiyim qədərilə, provayderlərdə yaş həddinin nəzərə alındığı icazələr var. Bundan əlavə, məsələn, sosial şəbəkələr elə bir şeydir ki, texniki cəhətdən qarşısını almaq mümkün deyil. Amma valideynlər bu istiqamətdə müəyyən tədbirlər görə bilərlər – uşaqla daha çox zaman keçirmək, uşağı tanımaq, ona lazım olan məlumatlar üçün kömək etmək, yönləndirmək, mütəmadi olaraq xarakterini korreksiya etmək, psixoloji bağ yaratmaq, mənəvi aclığa yol verməmək və s. Bu kimi hallarda artıq uşağın nə edəcəyini proqnozlaşdırmaq, xarakterinin formalaşmasında yardım etmək mümkün olur”.


Təhsil eksperti Nadir İsrafilov isə saytımıza danışarkən qeyd edib ki, uşaqların internet aludəçiliyində məsuliyyət məktəbdən çox  valideynlərin üzərinə düşür:



"Qloballaşma dövründə, yüksək texnologiyalar əsrində yaşayırıq. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. Bu baxımdan müasir texnologiyaların inkişafı bizim üçün də lazımdır və hətta zəruridir. Heç olmasa ona görə ki, kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Digər tərəfdən internet, kompüter, smartfon və digər yüksək texnologiya vasitələri məişətimizə daxil olub, həyatımızın bir parçasına çevrilib. Bununla belə internetin imkanları artdıqca, ondan yalnız faydalı məqsədlər üçün deyil, həm də insanlara, xüsusilə yeniyetmə gənclərdə  bir çox ziyanlı təsirlərə məruz qalmaları, onların həyat tərzini radikal şəkildə dəyişdirməsi, internet-asılılığa düçar olmalarına da diqqət çəkilib. Hətta internetin təhlükələri ilə mübarizə sahəsində dünya ölkələrinin təcrübəsi təhlil edilib, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən bu məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər araşdırılıb. Ölkəmizdə uşaqların internetdə təhlükəsiz fəaliyyətinin təmin edilməsinə yönəlik təkliflər verilib”.

Müsahibimizin sözlərinə görə, son tədqiqatlar göstərib ki, internet insanları, xüsusən də uşaqları bataqlıq kimi özünə çəkərək onların  psixologiyası və davranışına olduqca sürətlə təsir göstərir, təxminən bir-iki ilə virtual dünyanın diktə etdiyi dəyərlər istiqamətində dəyişdirir, normal həyatlarını çətinləş

dirir.

"İnternet aludəçiləri olan uşaqlar, dərslərinə yaxşı hazırlaşa bilmir, yeməyini vaxtlı-vaxtında yemir, real ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verir ki, bu da zaman keçdikcə ciddi psixoloji və əsəb xəstəliklərinə gətirib çıxarır. Yeniyetmə uşaqlar üçün internetə maraq dairəsi isə sosial şəbəkələrdir. Onların bu istiqamətdə aludəçiliyi, hətta dərsdən yayınmalara da səbəb olur. Həkimlər internet və kompüter oyunlarının uşaq və yeniyetmələrin gələcək həyatında fəsadlar yaratmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsini məsləhət bilir. Bir ara bu məsələ gündəmə gətirilərkən məktəblərdə mobil telefonların qadağan olunması, internet klubların məktəbyanı ərazilərin ətrafından yığışdırılması kimi məsələlər birmənalı qarşılanmamışdı. Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir”.

Ekspert valideynlərin də narahat olduğunu qeyd edib:

"Onlar fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, onlayn əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır. Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir. Hətta, "məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır” kimi sərt təkliflər də verilib.

Hesab edirəm ki, uşaqların internet aludəçiliyində, telefon, smartfon, planşet asılılığında məsuliyyət məktəbdən çox  valideynlərin üzərinə düşür. Telefon ünsiyyət vasitəsidir. Valideyn övladına sevgi və diqəti nümayiş etdirmək üçün bahalı və çox funksiyalı telefon almaq əvəzinə, onun fiziki sağlamlığını və mənəvi düşüncəsinin deformasiyaya uğramamasını nəzərə alaraq, ucuz və sadə telefon da ala bilər. Evdə yemək, dincəlmək, açıq havaya çıxmaq, yatmaq rejimi kimi, kompüter, telefon və smartfonlardan istfadəyə vaxt ayırmaq rejimi də qoya bilər. O ki qaldı onlayn dərslərə - distant təhsilə, virtual məktəb platformasına və digər müvəqqəti texnoloji resursların cəlbinə, bu məqsəd deyil, bəşəri pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən çıxmaq üçün zərurətdən irəli gələn bir vasitədir”. sfera.az 




Загрузка...
Həmçinin oxuyun:
İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşaqların məktəbə adaptasiyası çətin olacaq - Onlayn təhsildən ənənəvi təhsilə keçidin fəsadları

Uşaqların məktəbə adaptasiyası çətin olacaq - Onlayn təhsildən ənənəvi təhsilə keçidin fəsadları

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

YUNİSEF-dən dünya ölkələrinə çağırış

YUNİSEF-dən dünya ölkələrinə çağırış

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”

Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

İlqar Orucov: “İnternetlə bağlı problemlər yaşansa da, bu problem orta məktəb üçün narahatlıq yaratmayıb”

İlqar Orucov: “İnternetlə bağlı problemlər yaşansa da, bu problem orta məktəb üçün narahatlıq yaratmayıb”

Valideynlərin internetə nəzarət etməsi üçün qurğu -Bununla övladlarınızın...

Valideynlərin internetə nəzarət etməsi üçün qurğu -Bununla övladlarınızın...

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Azərbaycanda uşaqları zərərli məlumatlardan qoruyacaq - YENİ MOBİL BRAUZER

Azərbaycanda uşaqları zərərli məlumatlardan qoruyacaq - YENİ MOBİL BRAUZER

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Göz həkimi deputatı dəstəklədi

Göz həkimi deputatı dəstəklədi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Tarixi faciələrimiz, qorxunc faktlar uşaqlara necə çatdırılmalı? - MÜTƏXƏSSİSLƏRDƏN SOS

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

İnternetdə ən çox vaxt keçirən ölkələrin adları bəlli oldu - SİYAHI...

İnternetdə ən çox vaxt keçirən ölkələrin adları bəlli oldu - SİYAHI...