AzTehsil.com


Xəbərlər / Səhiyyə
14 aprel 2021
1 078


Koronavirus xəstələrinə yazılan FAVİPİRAVİRin fəsadları – Tanınmış həkimdən etiraz



 

Azərbaycanda mart ayından rəsmən elan olunmasa da, koronavirusun üçüncü dalğası yaşanır. Hər gün minlərlə insanda virus aşkarlanır, xəstəxanalarda hər ay toplam 800-900 xəstə virusdan ölür.

Əvvəlki dalğalardan fərqli olaraq, bu dəfə istər sahə həkimi, istər xəstəxana həkimlərinin təyin etdiyi müalicənin başında Favipiravir kimi antiviral dərman gəlir.
6 ay öncə çətin tapılan, qiyməti 300-500 manat olan, yalnız xəstəxanada olan xəstələrə verilən bu dərman indi əlçatandır, apteklərdə var.

Hətta xəstəliyi yüngül keçirənlərə də hər gün 16 tablet olmaqla Favipiravir yazılır.

Bu dərmanın bütün bədənə, xüsusən qaraciyərə, beyinə, potensiyaya ağır toksiki təsir etməsi də məlumdur. Bir çox həkimlər hər xəstəyə bu dərmanın təyininin əleyhinədir.

Medicina.az xəstələrin müalicəsində qətiyyən antiviral dərman istifadə etməyən həkim nevroloq Mirzə Qaraşovdan Favipravirin xəstələrə təsiri barədə açıqlama alıb.

Həkim bildirib ki, Favipravirin koronavirusu sağaltdığı sübut olunmayıb və onu evdə müalicə alan xəstəyə yazmaq yanlışdır.

"Mən bir ilə yaxındır ki, koronavirusdan müalicə etdiyim onlarla xəstənin heç birinə klassik antiviral, yəni məşhur virus əleyhinə dərmanlar istifadə etməmişəm. Antiviral preparatdan istifadə etməməyimin bir səbəbi bir neçə xəstədə Tamiflyu kimi dərmanın verdiyi toksiki zərərləri görməyimdir. Mən onsuz da bu dərmanı istifadə etmirdim, adətən hemeopatik preparatlar təyin edirdim.

Favipiravir, Remdesivir, Tamiflyu kimi dərmanlar müalicə protokollarında var. Amma protokollarda bu dərmanların ambulator, yəni evdə müalicə alan xəstəyə təyini barədə göstəriş yoxdur. Bunlar yalnız stasionarda həkim nəzarətində istifadə olunmalıdır.

Təəssüf ki, ötən yoluxma dalğalarından fərqli olaraq, bu dəfə, yəni dekabrdan başlayaraq bu dərman kifayət qədər populyarlaşdı, Azərbaycanda hər korona xəstəsinin reseptində Favipiravir yazılır. Artıq insanlar onu özləri belə həkimsiz alıb içir.

Virus əleyhinə dərmanların effektiv olmaması və ya daha toksiki olması sübut olunub.

Nəyə görə Favipraviri kovid infeksiyasına yoluxan hər xəstəyə təyin etməyə lüzum yoxdur?

Birincisi - Epidemiyanın birinci dalğasında, diqqət yetirmisizsə, virusun müalicəsi barədə məlumatımız olmasa da, dərman tapılmasa da, yoluxanlar arasında ölüm faizi az idi. O zaman Favipravir təyin edilmirdi.

İkincisi - koronavirus islah əmək kolonoyalarında, həbsxanalarda da yayılıb. Amma həbsdə olanlar içində ölüm hallarına rast gəlinmədi? Niyə? Mən belə hesab edirəm ki, bunun əsas səbəbi bu xəstələrə azadlıqda olan insanlardan fərqli olaraq ağır toksiki dərmanların verilməməsidir. Onlar çox yüngül müalicə alıblar.

Favipravir isə ümumiyyətlə qəbul etmirlər. Halbuki o xəstələrin çoxunda vərəm, narkomaniya, sirroz var idi. Şəraitləri də modul xəstəxanalarından qat-qat pis.

İndi isə xəstəxanalarda orta ağır xəstələr ölür. Deyirlər, yanaşı xroniki xəstəliyi var idi ona görə öldü. Bəs o zaman həbsxanadakı xəstələr niyə ölmür? Bəs onların yanaşı ağır xəstəliyi yoxdur. Var idi, özü də kifayət qədər çox.

Üçüncü səbəb: tibbin ən inkişaf etdiyi ölkə ABŞ-dır. Orda ölüm faizi ən yüksəkdir. Bu dərmanlar yüksək effektiv olsaydı elə ABŞ öz vətəndaşlarını xilas edərdi. Orda səhiyyə, klinikalar, dərmanlar bizdən də yüksək səviyyədədir.

ABŞ vətəndaşı tibbi baxımdan ən təmin olunmuş insandır. Onlar ki, Azərbaycandakı kimi tibb bacısı, sahə həkiminin yazdığı qarmaqarışıq lazımsız reseptlərlə müalicə olunmurlar, evlərdə sistem qoşdurmurlar. Bİr protokol var, həkim təyin edir. Orda da Favipravir, Remdesivir kimi antivirallar təyin edilir. Bəs niyə onlarda ölüm çoxdur?

Mən bunun cavabını bilirəm: müalicə düzgün deyil. Antivirallara ümid olub, toksiki zəhərli dərmanları xəstəyə yükləyirlər, virus qalır bir qıraqda, xəstənin vəziyyəti bu toksiki təsirdən ağırlaşır. Bunu başqa cür izah edə bilmirəm.
Başqa cür izah edib, əsaslandıran mütəxəssimiz varsa izah etsin.

Pandemiyanın birinci dalğasında niyə ölüm az oldu? Çünki Favipiravir tipli dərmanlar istifadə olunmurdu. Bu dərman 100 xəstənin 5-də effekt versə də, 95-də əlavə təsirlər verir.
Yüngül xəstələrə isə ümumiyyətlə lazım deyil.

Tutaq ki, həkimlər protokolla gedir və bu dərman təyin edilməlidir. Axı ÜST də deyib, təlimatında da yazılıb ki, Favipiravir evdə müalicə alan xəstəyə verilə bilməz. Bəs o zaman hansı əsasla elə hər testi müsbət çıxana bu dərman yazılır? İstifadə etmək istəyirsizsə, o zaman xəstəxanada yatanlara təyin etsinlər”.



Загрузка...
Həmçinin oxuyun:
Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Bu məsələ təcili həll olunmasa, ölüm sayı artacaq – Həkimdən həyəcan təbili - VİDEO

Bu məsələ təcili həll olunmasa, ölüm sayı artacaq – Həkimdən həyəcan təbili - VİDEO

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Koronavirus zamanı kömək edən UCUZ DƏRMAN

Koronavirus zamanı kömək edən UCUZ DƏRMAN

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

Koronavirusa yoluxanlar azı 10 il qocalır – Professordan vacib açıqlama

Koronavirusa yoluxanlar azı 10 il qocalır – Professordan vacib açıqlama

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Valerian apteklərdən niyə yığışdırılıb?

Valerian apteklərdən niyə yığışdırılıb?

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

“Bu dərmanla koronavirusdan ölüm olmayacaq” - Türkiyəli həkim

“Bu dərmanla koronavirusdan ölüm olmayacaq” - Türkiyəli həkim

Koronavirusa təsir edən dərmanın adı  açıqlandı.

Koronavirusa təsir edən dərmanın adı açıqlandı.

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Evdə koronavirusdan necə müalicə olunmaq olar? – İnfeksionistin tövsiyələri

Evdə koronavirusdan necə müalicə olunmaq olar? – İnfeksionistin tövsiyələri

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Bu ilin sonunda virus yekunlaşacaq - Adil Qeybulla

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO