Xəbərlər
07 fevral 2021
1 220


Bakı Metropoliteni fevralın 15-dən açılır?

 

"Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib. Bu barədə Modern.az saytına metropoliten işççiləri bildiriblər.

Əldə etdiyimiz məlumatda deyilir ki, "Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək.

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı önmüzdəki həftə ictimaiyyətə elan ediləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi. Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edib.

Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti koronavirus pandemiyası ilə əlqədar dayandırlıb.

Belə ki, 2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.
4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan "COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir…
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sabahdan metro bu saatdan işləyəcək

Sabahdan metro bu saatdan işləyəcək

Bakı metrosu açılır? - Qurum rəsmisi aydınlıq gətirdi

Bakı metrosu açılır? - Qurum rəsmisi aydınlıq gətirdi

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

İbtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək

Bu tarixdə metro işləməyəcək - RƏSMİ

Bu tarixdə metro işləməyəcək - RƏSMİ

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

Nadir İsrafilov: “Ölkədəki vəziyyət yenidən qiymətləndirilə bilər…”

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Vəfa Yaqublu fevralın 1-dən distant dərslərin keçib-keçməyəcəyinə aydınlıq gətirib

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Bu gündən noyabrın 16-dək Bakıda daha bir qadağa qüvvəyə minir

Bu gündən noyabrın 16-dək Bakıda daha bir qadağa qüvvəyə minir

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq

Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU