AzTehsil.com


Xəbərlər
13 noyabr 2020
971


Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO



Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO

 

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə divarlara hərbçilərimizin yaşadıqları rayonların adlarını yazması ənənəyə çevrilib. Lakin bu dəfəki yazı sosial şəbəkələrdə həssaslıqla qarşılanıb.

Qafqazinfo.az xəbər verir ki, Vətən Müharibəsinin  iştirakçısı Elçin Əhmədov tikililərin birinin divarına "Maştağa 1 N-li internat" sözlərini yazıb. Bundan sonra hər kəs onu tapmağa və dəstək olmağa çalışıb. Elçin Əhmədov özü həmin internat məktəbində böyüyüb. İndi isə 3 övlad atasıdır. Döyüşlər başlayanda da könüllü olaraq müharibəyə yollanıb.

O, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin aktiv üzvlərindən olub. Könüllü kimi bir çox Qeyri-hökumət təşkilatlarının aksiyalarında iştirak edib.

E.Əhmədov bu gecə sosial şəbəkə hesabında əsgər yoldaşları ilə birgə döyüş zamanı çəkdirdiyi şəkli paylaşaraq bunları yazıb: "Yastığımız Vətən daşı, yorğanımız qar olsun. Neçə vaxtdır sosial şəbəkələrdən uzağıq. İndi görürəm ki, bəzi təxribatçılar ağlına gələni də yazır. Siz bilmirsiniz buralar necə soyuqdur, necə əziyyətlərə qatlanırıq. Ali Baş Komandanımız hər şeyi götür-qoy edir. Nə etdiyini də gözəl bilir. Biz nə soyuqdan, nə şərəfsiz düşmənimizdən qorxuruq. Bəli, müharibədir, hər şeyə dözməliyik, şükürlər olsun dözürük də. Hara qədər desələr, nə vaxta qədər desələr Vətən keşiyində durmağa hazırıq. Biz burda hər şeyə dözürük, Ali Baş Komandanımız, valideynlərimiz orada üşüyür. O səbəbdən, təxribatlara uymayın, hər şey yaxşıdır, hər şey də ölkəmizin, xalqımızın xeyrinədir. Siz bilmədiyiniz çox şey var, zamanı gəlincə hər şeyi biləcəksiniz. İndi sizlərə sadəcə səbrli olmaq, ölkəmizin, rəhbərimizin yanında olmaq, onun fikirlərini dəstəkləmək düşür. Vaxt var idi nə Şuşa, nə Kəlbəcər, nə də işğal olunmuş rayonlarımızı görə bilirdik. İndi isə Şuşada biz çay içirik, ocaqda qaynatdığımız çay. Allah Prezidentimizi qorusun. Biz tək Ermənistanla savaşırıq, Ali Baş Komandanımız isə Dünyayla".
 

Əsgərimiz bu mesajı ilə hamını kövrəltdi - FOTO

 






Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb

“Bu şəhərdə”nin biletləri müəllimlərə məcburi satılıb

Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Oğlunu tərbiyə metodu atanı məşhurlaşdırdı - FOTO

Oğlunu tərbiyə metodu atanı məşhurlaşdırdı - FOTO

Şəhidlər ölməz, Vətən bölünməz!

Şəhidlər ölməz, Vətən bölünməz!

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Valideynlərin 7 tipik səhvi

Valideynlərin 7 tipik səhvi

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Həyat "selfie"dən ibarət deyil .

Həyat "selfie"dən ibarət deyil .

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Prodüser məktəblərə məcburi bilet satılmasından danışdı: “Bu şəhərdə”nin sonudur”

Prodüser məktəblərə məcburi bilet satılmasından danışdı: “Bu şəhərdə”nin sonudur”

“Siz “şparqalka”dan istifadə etməmisiniz?” - Rektor əsəbiləşdi

“Siz “şparqalka”dan istifadə etməmisiniz?” - Rektor əsəbiləşdi

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”

Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın