AzTehsil.com

Xəbərlər
01 avqust 2020
1 530

DİM: Apelyasiya Komissiyası 800-dən çox şagirdin qiymətlərini araşdırıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-u və11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 826 nəfər şagird (bütün imtahan verənlərin 3,95%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

DİM-dən   bildirilib ki, bu ərizələrdə ümumilikdə 1644 (bütün yazı işlərinin 0,65%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Bütün müraciətlər araşdırılıb və şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 360 nəfərlə video görüntü ("Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 466 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apelyasiyaya müraciət edənlərdən 97 şagirdin (bütün imtahan verənlərin 0,46%-i) cəmi 107 tapşırıq (bütün tapşırıqların 0,04%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 8 işdə edilən düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Təxminən 10 şagird ərizə ilə müraciət etmələrinə baxmayaraq, apelyasiya prosesinə qoşulmayıb. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə iyunun 10-da keçirilmiş imtahanın ingilis dili fənnindən bir tapşırığının (A variantında 29 nömrəli, B variantında 30 nömrəli, C variantında 28 nömrəli, D variantında 30 nömrəli) qiymətləndirmə meyarının 0.5 ballıq şkalasına "a better land” və "good farmland” ifadələri də daxil edilib və həmin tapşırığı bu şəkildə cavablandıran 140 şagirdin nəticəsində müvafiq dəyişiklik olunub. Qeyd edilən dəyişikliklər bu gündən etibarən abituriyentlərin imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapıb.

Xatırladaq ki, bu imtahanlarda 21000-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 251000-ə qədər tapşırıq üzrə yazı işi yoxlanılıb. Həmçinin həm apelyasiya prosesinə ərizə qəbulu, həm də apelyasiya prosesi "online” formada həyata keçirilib.

Загрузка...
Həmçinin oxuyun:
DİM Apelyasiya komissiyasının məlumatı açıqlanıb

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

Apelyasiya Komissiyasına müraciət edən 111 11-ci sinif şagird haqda cavab açıqlandı

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

Buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin ərizə qəbuluna başlanılıb

DİM buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək

Buraxılış imtahanlarının nəticələri ilə bağlı onlayn apelyasiya təşkil ediləcək

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə!

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Buraxılış imtahanlarında qiymətindən narazı qalmış məzunlara MÜRACİƏT

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Buraxılış imtahanının nəticələrindən narazı olanlar Apelyasiya komissiyasına müraciət edə bilər

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Buraxılış imtahanı bitdi: nəticələr yaxın günlərdə elan ediləcək

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!