Xəbərlər
28 may 2019
542

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

 

 
Şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər. İmtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə — 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

— Xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur;

— Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur.

— Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd cəmlənir və -ə vurulur.

Cədvəl 1

Fənn I mərhələ, test tapşırıqları

Maksimal bal Test tapşırıqlarınn sayı Bal

Tədris dili

(Azərbaycan dili, rus

dili) 100 Oxuyub-anlamaya dair 2 mətn-hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq+5 qapalı) və dil qaydalarına dair 10 qapalı tipli tapşırıq. Cəmi:30 tapşırıq ·(2nd(açıq, yazılı)+nd(qapalı))

Riyaziyyat 100 7 açıq tapşırıq (həllin yazılması tələb olunan)+ 5 açıq tipli tapşırıq + 13 qapalı tipli tapşırıq. Cəmi 25 tapşırıq ·(2nd(açıq, yazılı)+nd(açıq, kod)+ +nd(qapalı))

Xarici dil (ingilis,

alman, fransız, rus,

ərəb, fars dilləri) 100 1.Dinləyib-anlamaya dair mətn — 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq tipli); 2.Oxuyub-anlamaya dair mətn — 8 tapşırıq (4 qapalı tipli + 4 yazı tələb olunan açıq tipli); 16 qapalı tipli tapşırıq. Cəmi 30 tapşırıq ·(2nd(açıq, yazılı)+nd(qapalı))

nd(açıq, yazılı)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd(qapalı)- qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi

nd(açıq, kodlaşdırılan)- kodlaşdırılan açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 3-4 və 7 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-31 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Bir daha xatırladırıq ki, abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 28 aprel tarixində keçirilmiş imtahanın nəticələri də yaxın günlərdə elan olunacaq.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

İmtahanın cavabları nə vaxt açıqlanacaq?

İmtahanın cavabları nə vaxt açıqlanacaq?

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Ən yüksək müsabiqə vəziyyəti IV ixtisas blokunda olacaq

Buraxılış imtahanlarında balların hesablanma qaydası

Buraxılış imtahanlarında balların hesablanma qaydası

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki  materiallar dərc olunub.

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub.

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

Buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı