AzTehsil.com


Xəbərlər
16 fevral 2017
4 276


Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”



Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

 

Azərbaycanda orta məktəblər zəruri avadanlıqlarla təmin edilir, internetə qoşulur, bununla da şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır.
 
Bunu bu gün "Sabahın alimləri" 6-cı Respublika Müsabiqəsinin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
 
"Sabahın alimləri" müsabiqəsinə ölkə miqyasında marağın artdığını deyən nazir əlavə edib ki, məktəblərdə tədqiqatyönümlü fəaliyyətlə məşğul olan şagirdlərin də sayı ildən-ilə artır: "Bu gün müsabiqədə iştirak edən şagirdlər gələcəkdə ali məktəblərin Sabah qruplarında təhsil ala bilərlər. Onlar gələcəyin alimləri ola bilərlər".
 
Nazir bildirib ki, "Sabahın alimləri" müsabiqəsində iştirak edən şagirdlərin nailiyyətləri Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir.
 
Onun sözlərinə görə, məlum olub ki, ötən il ümumtəhsil müəssisələrini qızıl və ya gümüş medallar bitirmiş 158 məzundan 38-i son 4 ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.
 
moderator.az



Загрузка...