AzTehsil.com


Xəbərlər
18 may 2020
1 211


Fransada məktəblər yenidən bağlandı



Fransada məktəblər yenidən bağlandı

 

Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb.

 Məlumata görə, Nitsa şəhərində məktəblərdən biri 11 yaşlı şagirdin koronavirus testi müsbət nəticə verdikdən sonra bağlanıb.

Bundan başqa, Puatu-Şaranta regionunda, Dordon departamentində onlarla məktəb fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Fransada məktəblər mayın 11-dən etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa balşayıb. (Trend.az )



Загрузка...