AzTehsil.com


Xəbərlər
06 may 2020
1 310


Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb



Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

 

"Virusun dünyada yayılma miqyası və sürətinin yüksək olmasına rəğmən Azərbaycanda epidemiyanın qarşısının alınmasına nail olunub”.

Bunu "Report”un Fransa bürosuna açıqlamasında Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.

Ekspertin fikrincə, bu, görülən tədbirlərin cəldliyi və effektivliyi nəticəsində mümkün olub:

"Koronavirus bu günədək 5 qitədə yayılaraq 250 mindən çox insanın həyatına son qoyub. Azərbaycanda epidemiyanın qarşısının alınması aidiyyəti orqanların gördüyü tədbirlərin cəldliyi və effektivliyi nəticəsində mümkün olub. Amerika Birləşmiş Ştatları və Avropa virusun ən çox yayıldığı ərazilərdir ki, buna da səbəb bu dövlətlərin virusdan gec xəbər tutmaları və onun təhlükəsini gec anlamalarıdır. Fransada hətta bir-iki ay ərzində koronavirus qrip hesab edilib. Azərbaycanda isə bunun əksinə olaraq, virus tapılandan üç gün ərzində müvafiq tədbirlər görülməyə başlanılıb. Sərhədlər, habelə İranla sərhəd bağlanılıb, insanların ictimai yerlərdə toplanması qadağan edilib, məktəblər qapıları bağlanıb, virus daşıyıcısı olmaqda şübhəli bilinən insanlar karantinə götürülüb. Beləliklə, Azərbaycanda epidemiyaya cəld reaksiya verilməsi virus ilə mübarizədə öz effektini göstərib”.

Professor bilirib ki, dünyada baş verən hadisələrə münasibətdə Azərbaycanda nümayiş olunan çeviklik onun coğrafi və geosiyasi mövqeyi ilə əlaqəlidir:

"Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Azərbaycan hər zaman kosmopolit və mədəni müxtəlifliyə açıq bir ölkə kimi tanınıb”.

F.Treffel hesab edir ki, Aİ ölkələrində virusun zəif, yaxud sürətlə yayılması da məhz tədbirlərə tez, yaxud gec başlanması ilə birbaşa bağlıdır:

"Almaniyada koronavirus 6 000 insanın ölümünə səbəb oldubsa, Böyük Britaniyada virus qurbanlarının sayı 30 minə yaxınlaşıb. Almaniyada virus yayılmağa başlayan kimi sərhədlər bağlanıb və tibbi nəzarət gücləndirilib, insanların fərdi qaydada virusa yoluxub-yoluxmamalarının müəyyən edilməsi kimi tədbirlər görülüb ki, həmin tədbirlər eynilə Azərbaycanda da görülüb. Fransada isə virusa ilk yoluxma halı 24 yanvar tarixində qeydə alınsa belə, bundan sonra ölkə sərhədləri açıq saxlanılıb. Şengen ölkələrinin sərhədləri yalnız 17 mart tarixində, yəni ilk yoluxma halından yalnız bir ay yarım sonra bağlanıb”.

Professor Almaniyanın timsalında bu yeni virusla mübarizədə 3 faktor – idarəetmə, iqtisadi və kütlənin psixologiyasının böyük rol oynadığını bildirib:

"İlk növbədə Almaniyada yerlərdə epidemiyaya müvafiq lazımi tədbirlər görülüb. İtaliya, İspaniyanın timsalında Cənubi Avropa dövlətlərinə nisbətən Almaniyada xəstəxanaların vəziyyəti daha yaxşıdır. Bu iki – idarəetmə və iqtisadi faktorlardan başqa daha bir faktor, xalqın psixologiyasıdır k, bu da insanların nizam- intizama, cəmiyyədə birgə yaşama qaydalarına riayət etməsidir”.



Загрузка...
Həmçinin oxuyun:
Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Dünyada iki növ koronavirus var

Dünyada iki növ koronavirus var

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Tarixin gözəgörünməz düşmənləri.

Tarixin gözəgörünməz düşmənləri.

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Dünyanın koronavirus qurbanları - ölü sayı artır, yoluxma çoxalır...

Dünyanın koronavirus qurbanları - ölü sayı artır, yoluxma çoxalır...

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

Koronavirusun hüceyrələrdə necə yayıldığı görüntüləndi

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

İnternetdə virus nə vaxt aşkarlanıb?

İnternetdə virus nə vaxt aşkarlanıb?

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir