Vətən,Millət və Din - Kamran Əhmədov


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 Vətən,Millət və Din   Vətən,Millət və Din - Kamran Əhmədov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

                                                                                                                                                      Biz Azərbaycanlıyıq,Azərbaycan türküyük.Biz vətənimizi,xalqımızı sevməliyik.Şübhəsiz xalqımızın,millətimizin içində pislər də var.İçində pis olmayan millət,xalq yoxdur.Heç bir millətin hamısı pis və yaxud hamısı yaxşı deyil.Burada məskən salmış ,doğulmuş digər xalqlar da var.Bura onların da vətənidir.Qanun hamı üçün eyni olmalıdır.Allah qarşısında bütün millətlər eynidir.Allah bu milləti,bu torpağı bizim üçün seçmişdir.Biz istəsək də bunu dəyişə bilmərik.Bu torpağ,bu millət,bu xalq Allahın bizə əmanətidir.Allah bizə bir çox digər işlərdə azad iradə,seçim azadlığı bəxş edib.Vətən,millət seçimini isə Özüedib.Vətənimizin,Millətimizin nə qədər müqəddəs əmanət olduğunu anlayırıqmı?Biz Allahın bizim üçün məcburi seçdiyi əmanətə xəyanət edərsək,bəs Allahın kitabını,Peyğəmbərinı,Peyğəmbərin Əhli-beytini sevdiyimizi necə deyə bilərik?Onlara necə sadiq qala bilərik?Heç bir millət bizdən üstün deyil,biz də heç bir millətdən üstün deyilik.Şiə olmaq fars olmaq demək deyil,Sünni olmaq da türk,ərəb olmaq demək deyil.Şiəlik Ərəbistanda yaranıb,İranda yox.Bir sünninin pis olmağı bütün sünnilərin pis olmağı demək deyil,bir şiənin də pis olmağı bütün şiələrin pis olmağı demək deyil.Əgər sən Sonuncu peyğəmbər Muhəmməd əleyhissalam ərəb olduğu,Quran ərəb dilində nazil olunduğu üçün ərəbi özündən üstün bilirsənsə-Peyğəmbərlər zülmdə və küfrdə həddini aşmış qövmlərə,millətlərə,xalqlara göndərilib.Sonuncu peyğəmbər bütün bəşəriyyətə göndərilib.Bəzi ərəblər körpə qız uşağlarını diri-diri basdırırkən və s. pis adətlərlə yaşarkən;sənin vətənində başqa pis adətlər olsada bəzi ərəblərin bu cür pis adətləri yox idi.Şübhəsiz ki,Allahın yeri genişdir.Sən istədiyin yerdə yaşaya bilərsən,amma vətəninə;millətinə xəyanət etmə,satqın olma,satma.Bununla sən Allahın da əmrinə,hökmünə xəyanət etmiş olarsan.Ərəblərlə farslar arasında,qədim dövrdən bəri siyasi və dini ədavət var.Bu ədavət siyasətdən qaynağlanır.Ərəblər fars imperiyasını parçalayıblar.Azərbaycana hücum edib fəth ediblər.Düzdür İslamı da gətiriblər.Amma Quranda Allah tərəfindən buyurulur ki,dində məcburiyyət yoxdur.Yenə peyğəmbərimizə buyurulur ki,onlar imana gəlmədikləri üçün sən özünü üzüb həlakmı edəcəksən;onları imana gəlməyə sənmi məcbur edəcəksən?Allah istəsəydi hamı imana gələrdi.Allahın doğru yoldan azdırdığını sənmi doğru yola yönəldəcəksən?
Ərəblərlə farslar arasında gedən münaqişə əslində daha çox siyasi savaşdır.Qüreyş feodalları Həzrət Əli (ə) hakimiyyətini qəbul etməyib,buna bütün sünnilər günahkar deyil.Sən Öz ölkəndə əsl müsəlman kimi yaşaya bilirsənmi?Hər şeyə etirazını bildirib istəyinə çata bilirsənmi?Farslar, şiə ərəblər o zamankı zalım ərəb hakimiyyətinə qarşı çıxdığı üçün və bu fars siyasətinə gərəkli olduğu üçün şiəliyi qəbul ediblər.Sən elə güman edirsənsə ki,İranda hər şey idealdı,səhv edirsən.Dini dövlət olmağı yaxşıdı.Amma sən İranda,öz işğal edilmiş torpağında yaşayan Azərbaycanlıların necə yaşadığını bilirsənmi?iran üzdə özünün Şiə dövləti qurduğunu elan edir,əslində isə fars siyasəti aparır.Vətənimdə müsəlman kimi və yaxşı yaşamağ uğrunda mübarizə aparıram.Burdan zülmə məruz qalıb qovulsam belə vətənimə,millətimə,xalqıma xəyanət etmərəm,satmaram.Bu həm də Allahın əmrinə qarşı çıxmağdır.Bilə-bilə Allahın əmrinə qarşı çıxmışlar isə dindən çıxmış sayılır. Ərəblərin,farsların,türklərin əllərində qılınc və Quran gələrək sənin millətinə zülm etdiyini bil və bunu unutma!Rusların,ermənilərin,gürcülərin əllərində qılınc və xaç gələrək sənin millətinə zülm etdiyini bil və bunu unutma!Bizim dövlətimizdə də zalım başçılar olub.Xristianların əllərində qılınc və xaç müsəlmanların üstünə gəlib zülm etdiyini bil və bunu unutma!Müsəlmanların da xristianların üzərinə əllərində qılınc və Quran gedərək zülm etdiyini bil və bunu unutma!Quranda buyurulur ki,zülmə məruz qalmadıqca zülm etmə.Allahdan başqasına tapınanları söyməyin.Heç kəs heç kəsi lağa qoyub ələ salmasın.Bizim insanlığımız,əxlaqımız olmasa bizim dinimizin bizə nə faydası ola bilər?
Kamran Əhmədov



Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

ATA və ANA - Peyğəmbər buyurdu:

ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

İslamda şagird və tələbələr haqqında

İslamda şagird və tələbələr haqqında

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Müsəlmanların unutduğu qadın  - Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250).

Müsəlmanların unutduğu qadın - Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250).

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? -  Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? - Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN